![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
tebii ki azerbaycan yaxsiliqlari ile muzakire olunur Statistika rəqəmlərini mənbə gətirmədən lütfən məqaləyə daxil etməyin. --Mehrdad 17:55, 25 Aprel 2007 (UTC)
Cənub Azərbaycana gore bir şeylər demək isdyirəam icazə versəniz! Mən bir İranliyam amma belə ki görürsiniz Azərbaycan dilini nisbətən yaxşi bilirəm pəs siz də çox rahat biləbilərsiniz ki Azərbaycanliyam ve Fars ya ayri bir İrtanlı deyiləm. Bilmirəm niya çox Türk xalqları belə düşünürlər ki İranın millətinin əksariyəti Türk'diler veya İran'da 30 milyon Türk (Azəri) var. Bu doğru deyil ve belə böyük bir yanlış bizə heç bir fayda çatdırmır. Buna gorə lütfən düşünüb 20 milyonu 30'a çevirməyin ki bilək həqiqət nə'dir ki öz isdədiklərimizə çatabilək. Sağolun mənin əziz möhtərəm qardaşlar! 82.208.161.233
Azerbay, salam. Sizin Cənubi Azərbaycandakı həmvətənlərimin sayı haqqında fikirlərinizlə razı deyiləm. Əgər Siz "Türk Dövlət və Cəmiyyətlərinin XI Qurultayında" (17-19 noyabr, 2007-ci il) iştirak etsəydiniz, belə fikirləşməzdiniz. Mən bu Qurultayda İranda yaşayan azərbaycanlıların nələr çəkdiklərini onların öz dillərindən eşitdim. İran azərbaycanlılarının nümayəndələri (Nümayəndələrdən birinin adı yadımdadır - Əjdər bəy) əllərində olan sənədlərlə söbut etdilər ki, hal-hazirda İranda 35 milyon azərbaycanlı yaşasa da onların bir millət kimi (ermənilərdən fərqli olaraq) heç bir hüquqları yoxdur. (İranın rəsmi orqanları bu faktı gizlətməyə çalışsalar da). Ira 12:00, 14 yanvar 2008 (UTC)
Azerbay, salam. Mən Cənubi azərbaycanlıların 35 milyon olduğu haqda informasiyanı İran Azərbaycanlılarının rəsmi nümayəndəsinin dilindən eşitdiyim üçün, buna inanmaya bilmərəm. Digər tərəfdən, Azərbaycanlıların öz hüquqlarını qoruya bilməsi heç də onların sayından asılı deyil. iranda ermənilərin sayı az olmasına baxmayaraq, onların bir neçə universitetdə fakültələri, erməni dilində məktəbləri, qəzet və jurnalları vardır. Hətta eşitdiyimə görə futbol komandaları da var. Azərbaycanlılara isə daha az diqqət göstərilir. Mənə elə gəlir ki, millətin sayının qəsdən az göstərilməsi kimlərə isə sərfdir. Ira 13:02, 15 yanvar 2008 (UTC)
Azerbay, salam. Sizin məqalələrdə mənbələri göstərilməsi fikriniz Vikipediyanın əsas tələblərindən biridir. O ki, qaldı məktəblər məsələsinə, mənim fikrincə İranda Azərbaycan dilində məktəblərin olması vacibdir. Cənubi Azərbaycanda isə Azərbaycanlıların sayının 35 mln olması haqqında şübhələr onların böyük şəhərlərdə yaşamamalarına əsaslanmamalıdır. Yəni bildiyim qədər Cənubi Azərbaycanda azərbaycanlı əhalinin çox hissəsi kənlərdə yaşayır və kənd təsərrüfatı ilə məşğuldurlar. Onu da deyim ki, keçən əsrin əvvəllərində də İrəvan xanlığında azərbaycanlılar çoxluq təşkil edərək əsasən kəndlərdə yaşayırdılar və çoxuşaqlı (6-10 uşaq)ailələrdən ibarət idilər. Azərbaycanlıların sayının kəskin surətdə artdığını görən rus və ermənilər onların köçürülməsi siyasətinə başladılar: 1923,1946,1948, 1956 və nəhayət 1988. Nəzərə alın ki, Cənubi Azərbaycanda da azərbaycanlı əhalinin cox hissəsi çoxuşaqlı ailələrdəndir.Ira 07:19, 16 yanvar 2008 (UTC)
Azerbay salam. Mənim babam Urmiyadan olsa da mən Cənubi Azərbaycanda olmamışam. Amma İnternetdən oradakı həmyerlilərim haqqında məlumat əldə edə bilirəm. 2007-ci ildə İranda 19 yaşlı azəri qızını edam etdilər. Onun haqqında nə isə bilirsinizsə şox xahiş edirəm mənə məlumat verəsiniz. e-mailim: [email protected] Ira 13:53, 17 yanvar 2008 (UTC)
salam. mən iranda türklərin sayının 30 milyon olduğuna tam əminəm. onu dəqiq deyə bilərəm ki, iran Azərbaycan Respublikasının inkişafını istəməyən Ermənistan kimi bir dövlətdir. İranda türklərin hüququnun qorunmasından söhbət belə gedə bilməz. necə ki, sovet dönəmində ruslar bizi rusdilli eliyiblərsə iranda onların hamısını farsdilli eləmək fikrindədir. Qarabağ müharibəsində iran ermənistana ərzaq köməyi edən ölkələrdən deyərdim ki, birincisidir. — Bu imzasız yazı 85.132.122.10 (m) tərəfindən əlavə edilib;
Salam. Mən bu məqalədə bu adamların - konkret Xətai-Tağıyev-Rəcəbov-Xomneyi- şəkillərinin yerləşdirilməsinin əleyhinəyəm. Şah+Şair-Xeyriyyəçi-Şahmatçı-İmam+Rəhbər - məncə şəkillə sıralanma düzgün deyil. Məgər dünyada ən məşhur azərbaycanlılar bu adamlardır? Şəkilin burdan götürülməsini təklif edirəm. Hörmətlə:--Sortilegus 20:53, 7 Mart 2008 (UTC)
Yaxşı, əvəzinə kimləri qoyaq? --A_M_D m-f 07:11, 9 Mart 2008 (UTC)
salam. eger tehranda 6-7 milyon, cenubi azerbaycan erazisinde 13-14 milyon azeri yashayirsa bu eledi 20 milyon bes qalan diger milyonchu sheherlerde yashayan azeriler yoxa chixdilar? eger heresinde 30-40% azeri yashayirsa demeli reqemler 30 milyonu kechir.
bu məqaləyə xarici mənbədə lazımdır (tərəfsiz), yoxsa məqalənin qeyyməti Aşağı level də və etibarsız olacaq. --Axan.bulut 22:16, 16 Oktyabr 2008 (UTC)