![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Hörmətli istifadəçilər! Göründüyü kimi, hamımız azərbaycanlı olduğumuz halda, bizim xalq haqqında bu əsas məqalə bərbad gündədir. Halbuki, rus dilində çox yüksək səviyyədədir. Deyirəm, bəlkə rus dilindəki mətni olduğu kii tərcüə edib məqaləyə yerləşdirim? Əgər belə etsəm sonra narazılıq edən olmayacaq ki? Etrazınız yoxdursa, sabahdan başlaya bilərəm. Hörmətlə, --Afrasiyab (talk) 21:58, 17 noyabr 2014 (UTC)
1-ci bənd. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
2-ci bənd. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.
. Yəni burdan nə nəticə çıxır ? 13-22 aprel 2009-cu il əhalinin siyahıyaalınmasına əsasən (de-yuri əhali: 8922447 nəfər, onlardan öz vətəndaşlarımız: 8907625 nəfər) hətta əksəriyyəti de-fakto separatist olan erməni xalqının nümayəndələri, həmçinin hansı xalqa mənsub olmasından asılı olmayaraq bütün Azərbaycan vətəndaşları "Azərbaycan xalqı" deməkdir. Və Azərbaycanlılar deyəndə rəsmi olaraq Azərbaycan dövləti etnik mənşəyi və mədəni mənsubluğu, həmçinin vətəndaşlığı nəzərə alır. Yəni oluruq millət. İndi aydınlaşdırın zəhmət deyilsə: bu məqalə nə haqqındadır 1) Azərbaycanlılar yoxsa 2) Azərbaycan türkləri ? Hörmətlə !--Asparux Xan Bulqar (talk) 11:12, 23 noyabr 2014 (UTC)Maddə 1. "Xaricdə yaşayan azərbaycanlılar" anlayışı
1.1. Bu Qanunun məqsədləri üçün "xaricdə yaşayan azərbaycanlılar" dedikdə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və özünü azərbaycanlı hesab edən aşağıdakı şəxslər başa düşülür:
1.1.1. Azərbaycan Respublikasının vətəndaşları və onların övladları;
1.1.2. əvvəllər Azərbaycan SSR-nin və ya Azərbaycan Respublikasının vətəndaşları olmuş şəxslər və onların övladları;
1.2. "Xaricdə yaşayan azərbaycanlılar" anlayışı həmçinin bu Qanunun 1.1.1 və 1.1.2-ci maddələrində göstərilmiş kateqoriyalara aid olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü azərbaycanlı hesab edən şəxslərə və onların övladlarına da şamil olunur.
Salam. Mən təklif edirəm ki, Cavanşirin şəkli olaraq bu şəkil istifadə edilsin. Çünki hal-hazırda istifadə edilən şəkil onsuzda həqiqətən Cavanşirin şəkli deyil. Ancaq bu şəkil isə tarixçilər tərəfindən Cavanşirin heykəli hesab edilir.--Kim Yushin (talk) 20:02, 23 noyabr 2014 (UTC)
Bele vacib bir meqaleni hansısa xarici dilli vikipediyadan tercüme ile yaratmaq olmaz. Tarixi mövzular ümumiyyetle vikipediyada en problemli sahedir ve bele sahede eger iş görmek isteyirsinizse zehmet çekib menbe tapıb yazın. Azerbaycanlılar meqalesini rusca vikipediyada tercüme ederek yaratmaq hem nöqsanlıdır hem ayıbdır. Amma illah men menbeleri ordan kopyalayıb bura yapışdıracam deyirsinizse, onda bu işi daha temiz görün. Bu halda meqale qatma-qarışıqdır ve azerbaycanlılar soyu-kökü melum olmayan iran-qafqaz-fars- atropaten-alban, ne olduğu melum olmayan bir xalq kimi teqdim olunur. Zehmet çekin rusca meqaleni süzgecden keçirin ve tutarlı bir meqale yaradın. Öz başınıza qerar verib, sehifeni xeşil etmeyin, xahiş edirem.
Üçüncüsü ise, ruscadan tercüme ederken mövcud meqalede yer alan menbesi olan melumatları silmeyin.--Maximilien 21:32, 3 dekabr 2014 (UTC)
İttiham tonunda danışmamağınızı məsləhət görürəm. Hər hansı istifadəçi hansı haqla redakte edirsə mən də o haqla edirəm. Siz də hər kəs kimi istifadəçisiniz. Sizin mənim nə vaxt nəyi redakte edəcəyimə dair fikir bildirməyə haqqınız çatmır. Ümumiyyətlə o istifadəçiyə yazdığınız "danışıqları da yaxından izləyirəm və lazımı zamanlarda müdaxilə edəcəm" vədiniz yanaşmanızın problemli olduğunu göstərir. Müzakirələrə qoşularaq ideyanın təkmilləşməsinə çalışırlar, kiminsə arxasında durmaq üçün "Müdaxilə" etmirlər. İstifadəçi məqaləni redakte edərkən əvvəldən mövcud olan mənbəli məlumatları silməməlidir. Bu vikipediya qaydalarını kobud şəkildə pozmaqdır. Mənim müdaxiləmin konkret səbəbi budur. Məhz mənbələri sildiyinə görə redakteni geri qaytarmışam və yenə də qaytaracam. Bu vandalizm sayılır. Sizə də mənbələri silməməyi məsləhət görürəm. O ki qaldı mənim ümumi yanaşmama, mən bu məqalənin ruscadan eyni ilə tərcümə edilməsini düzgün hesab etmirəm. Xüsusilə bu cür tarixi maddələrdə bu həmişə problemlidir. Eyni ilə digər vikipediyalardakı Qarabağ, soyqırım və sair məqalələr də obyektivlikdən uzaqdır və onların da eyni ilə tərcümə edilməsini səhv hesab edirəm. Mənbələrdən faydalanmaq olar ama köçürmək problem yaradır. --Maximilien 20:00, 5 dekabr 2014 (UTC)
Bir az sakit olun. Girişdən başqa heç nəyi silmədiyinizi deyirsiniz. Amma mənbələr əsasında yazılan bu hissəni tamamilə silmisiniz:
Eramızın 48-ci ilində ikiyə ayrılan Böyük Hun İmperiyasının qərb qolunu təşkil edən hun tayfaları bir əsr sonra Qafqazdan Macarıstana qədər olan bölgəni hakimiyyətləri altına almış, bu tarixdən etibarən də Hun Türklərinin Azərbaycana yerləşdiyi görülmüşdür.[67] [68].
Hunların gəlişini , Sabirlər , Xəzərlər, onları da Ağaçərilər izləmişdir. Ayrıca Göytürklərin bütün Mərkəzi Asiyaya hakim olmalarından sonra bəzı Türk tayfaları da Qafqaza xüsusilə də Azərbaycana köçmüşdür.[69]. SSRİ döründə nəşr edilən Azərbaycan Tarixi (İstoriya Azerbaydjana) adlı əsərdə Sovet Tarixçiləri "Türk unsurunun qədim zamanlardan bəri Azərbaycan'da boy göstərdiyi"ni ifadə etmişdir.[70].
Oğuzların gəlişi
Mərkəzi Asiya monqollar tərəfindən işğal edildikdən sonra bəzi Türk qrupları onların hakimiyyətini tanımadıqları üçün Azərbaycana köçmüşlər.[71] [72]Səlcuqlulardan sonra Monqol İmperiyası və Böyük Teymur İmperiyası hakimiyyətində yaşamış, daha sonra isə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərini qurmuşlar.[73][74].
XVI əsrdə Azərbaycan Türkləri Şah İsmayılın başçılığı ilə Səfəvilər dövlətini yaratmışlar. Şah İsmayılın şiəlikdən siyasi bir vasitə kimi istifadə etməsi yalnız azərbaycanlıların deyil, bütün Türk-İslam aləminin taleyini dəyişdirən əhəmiyyətli hadisələrdən biri olmuşdur.[75][76]. Şah İsmayılın dövründə Azərbaycan imperiyanın mərkəzi olmuş, Azərbaycan Türkləri isə ordunun əsas nüvəsini təşkil etmişlər.[77] --Maximilien 21:01, 5 dekabr 2014 (UTC)
Siz nəyə inanırsınız öz işinizdir. İnanmırsınız deyə mənbələri silərək məqaləni korlamayın.--Maximilien 21:17, 5 dekabr 2014 (UTC)
Yəni demək istədiyimi deyim: siz bəlkə aşağı gözlə baxırsız türklərin və ya azərbaycanlıların keçmişinə bu öz işinizdir hər kəs ürəyi və ağlının yolu ilə gedir: həmişədə niyyətin hara mənzilin ora olur. Ona görə narahat olmayın bu məqaləyə hörmətli iki idarəçiyə söz verdiyim gündən əlim dəyməyib. Nə də buna vaxtım yoxdur. Ona görə məndən heç bir etiraz görməyəcəksiz: sadəcə daxili keçidləri (uyğun məqalə adlarını) dəyişəndə çox xahiş edirəm heç deyilsə müzakirə edin-yox buna vaxtınız yoxdursa sizdə eynən məqalənin bitməsini gözləyin çünki bilirsiz özgəninkiləşdirməyə bugün mən başqa gün digər ancaq mütləq etiraz edəcək. Və belə olanda hər iki tərəfində faydalılığı ola biləcəyindən çox aşağı olur-vaxt boşa gedir. Yekun olaraq onu deyim-mən uzun zaman içində http://www.ebooks.az/book_zPsdDyTv.html - bu kitabda yazılan bütün ilkin orjinal mənbələri tapmışam və ən pis halda Qiyasəddin Qeybullayevin ortaya qoyduğu ideyanı uyğun şəkildə bu məqalədə əks etdirəcəm. Hərçənd ki, dəyərli alimimizin buradakı bəzi istinadları birbaşa ilkin mənbədən deyil ancaq bunu edə bilmək üçün (ilkin mənbələrdə uyğun sitatlar) mənə belə desək 3 il vaxt lazım olub. Və əgər münkündürsə müzakirəni bitirək. Mənim işlərim qalıb qıraqda: sadəcə xahiş edirəm-Gürcüstan və Ermənistanla əlaqədar toponim dəyişmə işini (məqalə adlarında) heç deyilsə sonraya (15-20 gün) saxlayın. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 10:21, 6 dekabr 2014 (UTC)