![]() | Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Hörmətli Istifadəçi: Shahrux (Istifadəçi: Number Pi). Məqalədə Azəırbaycanda 10,2 milyon azərbaycanlının yaşaması qeyd olunub. Tarixçəni yoxladım, deyəsən bunu siz qeyd etmisiniz (sətr 181). Həm də bunu 2016-cı ilə aid olduğunu göstərmisiniz, amma 2009-cu il mənbəsinə istinad etmisiz. Əgər Azərbaycanda 10 milyon nəfər əhali yoxdursa, 10,2 milyon azərbaycanlı burada necə yaşaya bilər? Doğrudanmı bunları siz etmisiniz? Etmisinizsə, niyə? Al.xonder (müzakirə) 19:48, 8 iyul 2016 (UTC)
Say doğrudur, amma mənbə yoxdur deyə, məncə də, silinməlidir.Mən mənbəni tapsam,əlavə edəcəyəm. AzerbaijanRoya (müzakirə) 18:37, 21 iyul 2016 (UTC)
Məncə, yuxarıdakı tanınmış şəxsiyyətlərə Mübariz İbrahimov, Babək, Nadir şah Əfşar da əlavə olunmalıdır.Və ya digər bir çox tanınmış şəxslərimiz. AzerbaijanRoya (müzakirə) 18:39, 21 iyul 2016 (UTC)
Bu nə biabırçı məqalədir? Bura fars vikipediyasıdır? Azərbaycanlıları fars soylu göstərən mənbələr ingiliscədən tərcümə edilib qoyulub bura? Mən indi Qarabağ haqqında məqalələri ingilis dilli səhifədəm mənbələri ilə götürüb tərcümə etsəm yayınlayacaqsız? Mənbə qoyulması məqaləni elmi və obyektiv edir? Gülünc, rəzil bir tərcümədir. Ona görə heç kim işləmək istəmir azərbaycandilli vikipediyada. Kefinizə görə məqalələrə blok qoyub pis günə salmısız. Bu utanc verici bir məqalədir. --46.197.61.28 01:05, 23 mart 2017 (UTC)
Məzələnirsiz camaatla? siz tərcümə eləmisiniz bunu? Fizika məqaləsi deyil bu, tarixdir. Humanitar sahədir. Necə yəni fərqlənməli deyil? əlbəttəki qarabağla bağlı ermənilərin məqaləsi bizimkindən fərqlidir. Ermənilər ingilisdilli məqaləni ermənipərəst formaya salıb. Biz də elə hazırlamalıyıq? Xeyir ola? Azərbaycandilli vikipediyada özbaşınalıq hökm sürür. Belə obyektivsiniz girin ingilis dilindəki ermənpərəst məqalələrin redakte edin görüm edə bilirsiz? Burda ağlına gələni tərcümə eləmək asandır. --46.197.61.28 21:18, 23 mart 2017 (UTC)
Belə özbaşınalıqda hesab açmıram. https://en.wikipedia.org/wiki/?q=Karabakh Bu məqalə sizi qane edir? Elə isə tərcümə edim. --46.197.61.28 23:34, 25 mart 2017 (UTC)
Aydındır. Tərcümə edəcəm. Digər dillərə də edəcəm. --46.197.61.28 01:01, 27 mart 2017 (UTC)
Bizim milliyətimiz və ya etnik mənsubiyyətimiz niyə görə izah edilərkən "Azəri" deilməlidi? Hara yazılıb ki biz azəriyik? O göstərilən istinadların doğruluğu nə dərəcədə düzgündü? Heç konstitutsiyamızda da belə şey yoxdu. Türkiyədə bizə azəri deyirlər. Amma çoxu bilmir ki, bizim azərilərlə heç bir qohumluğumuz yoxdu. Elə Türkiyə Tarxiçisi Pr.Dr. Tufan Gündüz (başqa bir tarixçi var onun adını bilmirəm) dəfələrlrə azəri kəliməsinin bizə aid olunmasının qəti yanlışlıq olduğunu sübut edib. Youtube-da videoları da var buna aid. Məndə 1926-cu ilə SSRİ-nin Azərbaycan əhalisinin tərkibi haqqında məlumat verdiyi bir kitabın şəkili var. Orada açıq aşkar Türk yazılıb. Niyə görə əksər öz dilimizdə olan məqalələrdə bizim milliyyət azəri yazılır. Olmaze belə şey.
Yeri gəlmişkən əlavə edim ki, mütamaddi olaraq kimlərsə məqalədə “azərbaycanlı” sözünü “türk”, yaxud “azərbaycan türkü” kimi dəyişməyə cəhd edirlər. Bu istifadəçilər əksər hallarda türk sözünü böyük həriflə yazırlar, bu isə o deməkdir ki, onların heç 9 illik təhsilləri belə yoxdur. Əgər 9 illik təhsil bazası üzrə təhsil proqramını azacıq da olsa mənimsəmiş olsaydılar, o halda heç olmasa bilməli idilər ki, “azərbaycan türkü” ifadəsində türk sözü kiçik hərflərlə başlamalıdır. Bu kateqoriyalı istifadəçilərin vikipediyada fəaliyyəti adətən “azərbaycanlı” sözünü “türk”, yaxud “Azərbaycan türkü” ilə əvəz etməklə məhdudlaşır, bundan artıq onlar heç nə etmirlər, onlara nəyisə izah etmək, başa salmaq qeyri-mümkündür. Amma onlardan fərqli olaraq sizin normal fəaliyyətiniz var və buna görə də əminəm ki məni başa düşməkdə çətinlik çəkməyəcəksiniz. Aydın Məmmədov (müzakirə) 12:07, 27 iyun 2017 (UTC)
Mənə maraqlıdır ki, əgər İranda yaşayan ayrı bir azəri xalqı və ya tayfası varsa niyə azvikidə və ya digər vikilərdə bunun haqqında məqalə yoxdu?--Abutalub (müzakirə) 12:39, 27 iyun 2017 (UTC)
Siz dediklərinizi başa düşürəm. Başqa millət bizi azəri və ya başqa cür adlandırırsa bu tam normal bir şeydi və onu ayrıca başlıq kimi vermək olar. Amma bu əsas vermir ki, biz də özümüz-özümüzə azəri deyək. Düşmənlərimiz ermənilər belə bizə müraciətdə "türk" deyir. Məhşur "Hi es. Türk es (dəqiq yazılışını bilmirəm)" deyimini hər kəs eşitmiş olar. Milliyətimizin türk kimi deyilməsi o demək deyil ki, biz Türkiyədə yaşayan türklərdənik. M.Ə.Rəsulzadənin Azərbyacan türkləri haqqında məqaləsi var və orada qeyd edir ki, biz Qafqazda yerli xalqıq. Əgər başqa ölkələrin ədəbiyyatına istinad edib azəri kəliməsini məqaləyə yazırısınızsa, onda M.Ə.Rəsulzadənin də həmin məqaləsini tapıb Azərbyacan türkləri haqqında daha dəqiq məlumatı da yazın. Gəlin etiraf edək ki, bizim həm indiki həm əvvəlki liderlərimizdən heç kim, bizə azəri deməyib. H.Əliyevin "Bir millət iki dövlət" demək nə anlam verir? Bəs bayrağımızdakı mavi rəng? Həm də Konstitusiyamız. Məncə buları nəzərə almaq lazımdı. Mənim əsas etirazım azəri sözüdü. Erzuman Rizvanoglu (müzakirə) 13:54, 28 iyun 2017 (UTC)
Son yazdığınızdan bir nəticə çıxara bilmədim. Mən azəri sözündən narahatam özü də çox. Bilmirəm bu necə olursa ya siz milliyətimizə başqa millətlərin gözü ilə baxırsınız ya başqa bir şey. Hər halda bu sıradan bir məqalə deyil. Bizim haqqımızda məlumat öyrənmək istəyən ilk əvvəl bu məqaləni oxuyacaq təbii ki. Məndən inciməyin, lap istəyirsiniz məni vikipediya istifadəçiliyindən çıxarın qərar sizin. Siz azəri kəliməsinin arxasında nəsə məqam güdürsünüz yəqin ki. Bu kəlimənin əlehinə olan tək mən yox əksər gənclikdir və burada da çox etiraz edən olub. Mən rəsmi sənədlərimdə türk olduğumu qeyd etmirmək üçün bir xeyli çalışıb və nail olmuşam. Sizinlə isə daha bu mübahisəyə girməyəcəm. Sizə son məsləhətim isə bu videoya baxın " https://www.youtube.com/watch?v=Y203IixGQxU " və görün azəri kimdi. Erzuman Rizvanoglu (müzakirə) 17:05, 28 iyun 2017 (UTC)
Bilirsiz nə var? Qarabağın da Ermənistana aid olduğunu göstərən çoxsaylı kitab var. Hamısının da müəllifi haydı (ermənidi). Onda belə Qarabağın Ermənistana aid olduğunu göstərən bir məqalə yazın. Yəqin ki, siz bir gün o kitabları istinad gətirərək Qarabağ Ermənistanındır deyə bir məqalə yaradacaqsınız. Halbu ki, indiki Ermənistan özü də tarixi Azərbaycan torpaqlarındadı və Prezidentimiz İlah Əliyev bu sözü beynəxalq çıxışlarında açıq-aşkar qeyd edib. Bunu da istisna etsəniz day siz kimliynizi ortaya qoyacaqsınız. Nə itəyirsiz fikirləşin amma sizin fəalyyətiniz azvikidə tariximizi saxtalaşdırmaqdı. Məlumatı dəyişə bilərsiz qanı yox... Erzuman Rizvanoglu (müzakirə) 19:07, 28 iyun 2017 (UTC)
Başqası bizə azəri tatar monqol azərbaycanlı vs..... deyə bilər ancaq digər etnik qruplarıda nəzərə alaraq hər nə qədər azərbaycanlı deyəndə türk ləzgi kürd tat rus bu qarşıq etnoslar azerbaycanlı adı altında bir milliyət kimi göstərilməyə çalışılsada bir ləzgi heç vaxt özünə azərbaycanlı deməz həmin şey digər etnoslar üçündə keçərlidir yəni demək istədiyim azerbaycanlı sözü yenə bizim üstümüze qalır,
biz azerbaycan dövlətinin ümumi toplumu olaraq türkük, bilirsiniz ki azərbaycan müstəqilliyini qazananda əbülfəz elçibəyin hakimiyəti dövründə rəsmi dövlət dili türk dili idi vəya azərbaycan türkcəsi , heydər əliyev məqama gəldikdən sonra dilimizin adını dəyişibdir azərbaycan dili olaraq ,millətimizədə azərbaycanlı deyibdir buna digər etnoslarda daxil ,
20 inci əsrə qədər azərbaycanlı və azəri deyə bir millət yoxuydu, Azərbaycan coğrafiyasında yaşayan xalq türk bilinirdi və azərbaycan qədimdən bəri türk yurdu olubdur , deyirsiniz ki türkiyədə bizə azəri deyirlər yalnız birşeyi unudursunuz , türkçe vikipedde , haqqımızda türk vikipedler de bizi azerbaycan türkü kimi tanıdırlar oxuyucularına və bizim türk olduğumuzu hər fürsəttə vurğulayırlar . Bayrağımızın mavi rəngi hər nə qədər türkçülüyü təmsil etsədə dilimizin adının azərbaycan dili olaraq dəyişdirilməsi elədə bizə azəri demək üçün kifayətdir , ancaq biz bilirik ki türk nəsliyik milli dəyərlərimizə dövlət statusunda rəsmilik qazandırılmadıqca ümid etmirəm ki bizə türk desinlər onsuzda başqasının mənə nə dediyi çox da maraqlandırmır lakin öz xalqımız özünü tarixini və türk əcdadlarını nəzərə alaraq bilməlidir ki bu xalq türkdür. Ronald.ibr (müzakirə) 00:34, 4 may 2018 (UTC)
Əgər fikir vermisinizsə bizim etnik mənşəyimiz haqqında yazan tarixçilərin hamısı Avroplalıdır. Ömürlərində bir dəfədə olsun Azərbaycanda olmayıb, azərbaycanlı görməyib, okeanın o tayında oturub bizim mənşəyimiz, tariximiz haqqında uydurma, qondarma şeylər yazırlar. Deyirlər ki Azərbaycan səlcuqilərin zamanında Türkləşməyə başladı. Çox maraqlıdır, rəsmi dili Farsca olan Səlcuqilər niyə Azərbaycanı türkləşdirib? necə Türkləşdirib?. Görəsən şəhərlərdə və kəndlərdə Türk dili kursları mı açırdırlar? Bu uydurmalara inananların məntiqinə şübhə edirəm.
Azərbaycanın Türk yurduna çevrilməsi Hülakü xanla bağlıdır. Azərbaycanın yerli əhalisi olan İran dilli və Qafqaz dilli xalqlar Tatar (Türk-Monqol) ordusu tərəfindən 13-cü əsrdə sistematik şəkildə məhv edildi və Türklər (Oğuzlar) buraya yerləşdirildi. Adicə 1220-1223 cü illərdəki birinci Monqol yürüşündə Beyləqan, Marağa, Gəncə, Ərdəbil, Həmədan, Naxçıvan, Şamaxı, Şamxor və digər şəhərlərin əhalisi qadın-uşaq demədən məhv edildi. O dövrdə yaşamış Monqolların rəsmi tarixçiləri Cüveyni, Fəzlullah Rəşidəddin Avropanın küncündə oturan qondarma "tarixçilərdən" fərqli olaraq bu haqda öz əsərlərində təfərüatlı və düzgün yazıblar.
Biz Azərbaycan türküyük. Qafqaz dilli albanların, iran dilli azarilərin nəslindən gəlmirik. Bizim atalarımız onların nəslini 13-cü əsrdə kəsib. Artıq dərəcədə xahiş edirəm. Avropalıların bizim mənşəyimiz, tariximiz haqıında uydurmalarını məqaləyə əlavə etməyin. 185.118.48.146 06:54, 10 aprel 2018 (UTC)
DNA diye bir şey var. Xalq veya millet siyasi termindi eslinde. Azerbaycan xalqi dunen yaramıyib, ferqli etnoslar ferqli medeniyetler neticesinde emele gelib Aserbaidschaner (müzakirə) 01:23, 31 oktyabr 2019 (UTC)
Bu sözün işledilmesi yanlıştı çünkü Azerbaycandanlılar müslüman xalqdı. Çoxu veyaxud ekseriyeti yazarsak daha doğru olur mence. Aserbaidschaner (müzakirə) 13:07, 31 oktyabr 2019 (UTC)
Azərbaycanlıların ikinci adı Azərbaycan türkdü olduğunu hamımız bilirik. Bu özünü adlandırma digər dillərdə (ingilis məsələn) göstərdiyi halda bizdə yığışdırılmışdır. Düşünürəm ki, Azərbaycanlı adı ilə yanaşı Azərbaycan türkü adının qeyd edilməsi doğru olardı. Diqqətinizə görə sağolun. Elnurxanrzali (müzakirə) 06:27, 9 yanvar 2021 (UTC)
Azerbaycan Türk'ü termini edaletsiz olar tarixe qarşi, çünkü Azerbaycanlıların etnogenezinde sadece Türkler daha doğrusu Oğuz Türkmenleri olmuyub, elecede Albanlar, Midler ve sayr milletlerin bir biri ile qaynaşması neticesinde indiki Azerbaycan milleti yaranıb. Cahilliye, radikalizme, şovinizme doğru getmeyek, biraz real yanaşaq. Hele adı her yerde kecmeyen Azerbaycana Şamdan kocurulen ereb tayfanını heç demirem. Aserbaidschaner (müzakirə) 19:48, 25 may 2021 (UTC)
Azerbaycanlıların sayı max 35-45 milyon deyl, 50-60 milyondur. Adice ordaki olkelerdeki nüfusu sayın, tekçe İran'da 35 milyon var. Məncə bu düzeltmelidir Aserbaidschaner (müzakirə) 19:43, 25 may 2021 (UTC)
Salam, V.N.Ali, niyə sırf kommunist şəxsiyyətləri silirsiniz şablondan? --► Hörmətlə: SolaVirum 08:42, 7 sentyabr 2023 (UTC)