. Love.az

Muzakire Qazan Xanligi - Wikipedia - Love.az

Ana Səhifə - Muzakire Qazan Xanligi
Bu, Qazan xanlığı məqaləsinin müzakirə səhifəsidir.
  • Yeni şərhlərinizi köhnələrin altından yazın. Yeni başlıq açın.
  • Dörd tilda (~~~~) vasitəsilə yazınıza imza və tarix əlavə edin.
  • Vikipediyada yenisiniz? Yardım masasında suallarınızı yazın.
  • Səhifənin adının dəyişdirilməsi üçün buradan müraciət edə bilərsiniz.
  • Nəzakətli olun
  • Yeni istifadəçiləri çəkindirməyin
  • Xoşniyyətli olun
  • Aqressiyaya yol verməyin
Məqalə prinsipləri
  • Orijinal tədqiqata yer verməmək
  • Neytral mövqe
  • Etibarlı mənbələr

Xanlığın adı

redaktə
Son rəy: 26 gün öncə8 şərhMüzakirədə 3 nəfər

Tatar əlifbasını düz başa düşürəmsə, tatar dilinin kiril əlifbasındakı «к» hərfi həm “k” kimi, həm də “q” kimi oxunur, amma tatar dilinin latın əlifbasında artıq “k” və “q” hərfləri fərqlənir. Əgər düz başa düşürəmsə, tatarca Kazan/Qazan şəhərinin adı kiril qrafikasıyla “Казан”, latın qrafikasıyla “Qazan” yazılır. Yəni, əgır düz başa düşürəmsə, Azərbaycan hərfləri ilə “Qazan” kimi səslənir. Bunu nəzərə alaraq, şəxsən mənim fikrimcə azərbaycanca “Qazan” daha düzgün olardı. Amma!!! Təəssüf ki, biz burada orijinal tədqiqat apara bilmərik. Bunu dilçilər və sair uyğun olan mütəxəssislər müəyyənləşdirib dərc eləməlidirlər. Azərbaycandilli mənbələrdə əsasən сайтами“Kazan” və “Kazan xanlığı” variantlarına rast gəlirəmşəhərin adı üçün əsasən "Kazan" variantına rast gəlirəm. Hərçənd ki, tarixə aid mənbələrdə "Qazan" variantı da keçir. Xanlılğa gəlincə isə həm "Kazan xanlığı" variantı da, həm "Qazan xanlığı" variantı da mənbələrdə var.Zohrab Javad (müzakirə) 10:04, 7 aprel 2025 (UTC)Cavabla

Şəhərin adı. Xarici işlər nazirliyinin saytından: mənbə 1 (səhifələr: 5, 9), mənbə 2 - Kazan. Azərbaycan Prezidentinin saytından: mənbə 3 - Kazan, mənbə 4 - Kazan. Azərbaycan Sovet Ensiklopediyası (səhifə 206) - Kazan. Tarixə aid mənbədə ("Ortaq türk tarixi" kursu üzrə dərs vəsaiti (səhifə: 99) - Qazan. Zohrab Javad (müzakirə) 10:38, 7 aprel 2025 (UTC)Cavabla
Xanlığın adı. Azərbaycan Sovet Ensiklopediyası (səhifə 207) - Kazan xanlığı. e-derslik - Qazan xanlığı. "Ortaq türk tarixi" kursu üzrə dərs vəsaitində (səhifə 92) - Qazan xanlığı. Zohrab Javad (müzakirə) 10:56, 7 aprel 2025 (UTC)Cavabla
@Samral, @Araz Yaquboglu, @Sefer azeri, @Yousiphh, @Vikotals. Zohrab Javad (müzakirə) 11:09, 7 aprel 2025 (UTC)Cavabla
Milli Ensiklopediyaya və lüğətlərə baxmaq lazımdır. Yousiphh (müzakirə) 15:02, 7 aprel 2025 (UTC)Cavabla
@Zohrab Javad, şəhəri azərbaycandilli etibarlı mənbələr əsasən “Kazan” yazır, xanlığı isə əksərən “Qazan”. samral müzakirə 12:42, 8 aprel 2025 (UTC)Cavabla
Çalışaram hər ehtimala qarşı vaxt tapıb AME-na baxım. Təəssüf ki, deyəsən hələ qismən rəqəmsallaşdırılıb. Əgər belədirsə, yəgin ki, olduğu kimi saxlanılmalıdır: şəhər üçün əsas ad olaraq Kazan, vergüllə Qazan; xanlıq üçün əsas ad olaraq Qazan xanlığı, vergüllə Kazan xanlığı; xanlığın məqaləsində isə xanlığın paytaxtı olaraq əsas ad kimi Qazan, mötərizədə isə Kazan yazmaq olar. Ümüd edirəm ki, nə vaxtsa şəhərin adını da rəsmi azərbaycandilli mənbələrdə Qazan kimi qeyd edərlər, onda artıq qarışıqlıq olmaz - həm şəhərin, həm xanlığın adında Qazan kimi yaza bilərdik. Zohrab Javad (müzakirə) 14:43, 8 aprel 2025 (UTC)Cavabla
@Samral, Milli Kitabxanaya gedib maraqlandım. “H” hərfindən sonra Milli Ensiklopediya hələ ki yoxdur. --Zohrab Javad (müzakirə) 14:00, 21 aprel 2025 (UTC)Cavabla
Mövzu əlavə et
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Müzakirə:Qazan_xanlığı&oldid=8110053"
LOVE.AZ