. Love.az

Muzakire Tagi Musevi - Wikipedia - Love.az

Ana Səhifə - Muzakire Tagi Musevi
Bu, Tağı Musəvi məqaləsinin müzakirə səhifəsidir.
  • Yeni şərhlərinizi köhnələrin altından yazın. Yeni başlıq açın.
  • Dörd tilda (~~~~) vasitəsilə yazınıza imza və tarix əlavə edin.
  • Vikipediyada yenisiniz? Yardım masasında suallarınızı yazın.
  • Səhifənin adının dəyişdirilməsi üçün buradan müraciət edə bilərsiniz.
  • Nəzakətli olun
  • Yeni istifadəçiləri çəkindirməyin
  • Xoşniyyətli olun
  • Aqressiyaya yol verməyin
Məqalə prinsipləri
  • Orijinal tədqiqata yer verməmək
  • Neytral mövqe
  • Etibarlı mənbələr

Müəllif hüququ pozuntusu

redaktə
Son rəy: 1 ay öncə8 şərhMüzakirədə 2 nəfər

@Rəcəb Yaxşı, Tağı Musəvi haqqında məqalə elmi şuranın qərarı ilə çap edilmiş kitabda tam verilmişdir. Siz istinad etdiyiniz Mədəniyyət qəzetində isə məqalə ixtisarladır. Məqalənin viki versiyası isə Şəki Ensiklopediyasındadır: https://shaki.info/wiki/?q=Ta%C4%9F%C4%B1_Mus%C9%99vi Güləddin İsmayılov müəllif hüquqlarını pozaraq həmin viki versiyanı Azərbaycan Demokrat Firqəsinin saytına təqdim etmişdir. Özünü müəllif kimi göstərməsə də, həqiqi müəllifi və mənbəni də gizlətmişdir. O və sayt rəhbərliyi müəllif hüquqlarını pozublar. Bəs Siz niyə həqiqi müəlliflərə və mənbəyə yox, müəllif hüquqları pozulan mənbəyə istinad edirsiniz? Niyə müəllif hüquqlarını pozursunuz? Həqiqi müəlliflər Tağı Müsəvini ilk və sonuncu dəfə araşdırıblar. Onlardan başqa Tağı Musəvinin tərcümeyi-halını heç kim yazmamışdı. Bu tərcümeyi-halı yazmaq üçün isə onlar vaxt və zəhmət sərf ediblər. Bunu nəzərə alın zəhmət olmasa. Dr.Həsəni (müzakirə) 17:28, 8 aprel 2025 (UTC)Cavabla

Xoş gördük @Dr.Həsəni.
Əvvəlcə qeyd edim ki məqalə üzərində iş hələ bitməyib.
Daha sonra qeyd edim ki mən nə sizi nə Güləddin İsmayılovu tanımıram. Artıq 4 aydır ki Azərbaycan Milli Hökuməti haqda kitablar oxuyub məqalələr yazıram. Və bu hərəkatın iştirakçılarından biri də Tağı Musəvidir. Mən də oxuduğum kitablardan eləcə də saytlardan tapdıqlarımı toplayıb Tağı Musəvi haqqında məqalə yaratmışam. Məqalədə yazdığım hər bir cümləyə də istinad göstərmişəm. Mən hardan bilməliyəm ki Güləddin bəy müəllif hüquqlarını pozub? Əgər belə bir hal varsa o məqaləni Azərbaycan Demokrat Firqəsinin saytından sildirməlisiz.
Sizin qeyd etdiyiniz çap olunmuş kitab hansıdırsa zəhmət deyilsə mənə deyin. Əgər həqiqətən də Güləddin bəy müəlliflik hüququnu pozub sizin kitabdan köçürübsə mən Güləddin bəyin yazdığı məqaləyə verdiyim istinadları silib sizin kitabdan olan istinadları əlavə edərəm. Rəcəb Yaxşı (müzakirə) 05:32, 9 aprel 2025 (UTC)Cavabla
@Rəcəb Yaxşı, nəsə sizin cavabınız heç səmimi görünmədi? Siz Musəvi haqqında internetdən məlumat toplayırsınızsa, Googleyə "Tağı Musəvi" yazanda birinci Şəki Ensiklopediyasındakı məqalə açılır. Doğrudanmı bunu hələ görməmişdiniz? Amma mən məqalənin linkini də sizə göstərmişəm axı? ADF-nin saytı kimi yüzlərlə sayt var. Onların heç bir meyarı, ölçüsü yoxdur. Heç kimə də tabe deyillər. Nə yerləri, nə də kontaktları var. Onlar nə istəsələr yaza bilərlər, mən onlara heç nə deyə bilmərəm. Vikipediyanın isə qayda-qanunları var. Müəllif hüquqlarına hörmət etməyi öz öhdəsinə götürür. Mən sizə müəllif hüquqlarına hörmət etməyinizi xahiş etdim. Siz isə cavab verirsiniz ki, guya həqiqi müəllif haqqında məlumatsızsınız? Amma bu mümkün deyil... Təsəvvür edin, adamlar zəhmət çəkir, araşdırır, vaxt sərf edir, pul sərf edir, sənədlərlə tanış olur və bütün bunlardan sonra görkəmli bir şəxsin həyat və yaradıcılığını ilk dəfə işıqlandırır. Nə onlardan əvvəl, nə də onlardan sonra heç kim bu işlə məşğul olmamışdır. Siz isə həqiqi mənbəyə yox, onların məqaləsini mənbəsiz və imzasız kopyalamış pirat mənbəyə istinad edirsiniz. Bu Vikipediyanın qaydalarına uyğundurmu? Bilmirdinizsə, bildirdik, indi sizə nə mane olur nəticə çıxarmağa? Mənə elə gəlir ki, siz Güləddin İsmayılov ola bilərsiniz. Çünki ondan başqa heç kim belə hərəkət etməzdi. Əgər Güləddin İsmayılov deyilsinizsə, üzr istəyirəm, amma zəhmət olmasa müəllif hüquqlarını pozmağı da dayandırın. Sizə əslində ikinci dəfə yazmalı deyildim, amma yazdım. Çünki hələ də ümidimi üzməmişəm ki, siz müəllif hüquqlarını pozmağı dayandıracaqsınız. Amma bu sonuncudur. Üçüncü dəfə yazmayacağam. Dr.Həsəni (müzakirə) 12:16, 9 aprel 2025 (UTC)Cavabla
Mən Güləddin İsmayılov deyiləm üzr istəməyə də ehtiyac yoxdur.
Gəlin dəqiqləşdirək.
Birincisi yazmısız ki, "Tağı Musəvi haqqında məqalə elmi şuranın qərarı ilə çap edilmiş kitabda tam verilmişdir.". Bu hansı kitabdır? Deyin mən də tanış olub o kitabdan istinad verim. Bunu artıq ikinci dəfədir yazıram.
İkincisi "Şəki ensiklopediyasındakı məqalə" deyirsiz. Bu məqalədə müəllifin adı qeyd olunmayıb. Bunu qeyd etməmisizsə mən hardan bilməliyəm məqaləni kim yazıb? Rəcəb Yaxşı (müzakirə) 12:26, 9 aprel 2025 (UTC)Cavabla
Sizə Şəki Ensiklopediyası məqaləsinin linki göstərmişəm, orada istifadə olunmuş bütün mənbələrin adları və həmin mənbələrə internet üzərindən keçid verilir. Ona görə də mən kitabın adını ayrıca yazmağa ehtiyac görmürəm. Ən axırıncı-6-cı istinad. Şəki Ensiklopediyası məqaləsinin müəllifi olmur, Vikipediya kimi. Amma Vikipediyadan fərqli olaraq Şəki Ensiklopediyası məqaləsi müəllif hüququnu özündə saxlayır. Onun məqaləsini kopyalamaq olmaz. Dr.Həsəni (müzakirə) 12:54, 9 aprel 2025 (UTC)Cavabla
Kitabın adını niyə göstərmirsiz ki? Mənim yazdığım məqalə sizin linkini qoyduğunuz məqalədən kopyalanmayıb. Çünki mən yazdığım cümlələrdə və ya faktlarda kitabın səhifəsinə qədər istinad göstərmişəm. Sizin göndərdiyiniz məqalədə isə bu belə deyil. Amma hər bir halda sizin göndərdiyiniz məqalə Güləddin bəyin yazdığı məqalədən əvvəl yazılıb. Ona görə də sizin məqalənizdən də istifadə edib ona istinad edəcəm. Rəcəb Yaxşı (müzakirə) 13:11, 9 aprel 2025 (UTC)Cavabla
Kitabın adını niyə göstərmirsiz ki? - Nəyi göstərmirəm? Sizə demədimmi ki 6-cı istinad? Deyəsən siz bu linkləri aça bilmirsiniz:
  • 1.https://sheki.org/wiki/?q=Ta%C4%9F%C4%B1_Mus%C9%99vi
  • 2. https://sheki.org/wiki/?q=K%C3%B6m%C9%99k%C3%A7i_s%C9%99hif%C9%99:Tarix%C3%A7i,_t%C9%99rc%C3%BCm%C9%99%C3%A7i,_Az%C9%99rbaycan_Demokrat_Partiyas%C4%B1n%C4%B1n_(%C4%B0ran)_liderl%C9%99rind%C9%99n_biri_v%C9%99_ke%C3%A7mi%C5%9F_h%C9%99rbi_t%C9%99yyar%C9%99%C3%A7i
Linlkər sizdə açılmırmı? Dr.Həsəni (müzakirə) 14:12, 9 aprel 2025 (UTC)Cavabla
@Rəcəb Yaxşı siz sualıma cavab vermədiniz. Qeyd etdiyim linklər sizin kompüterdə (yaxud telefonda) açılmırmı? Bəs bu? http://web2.anl.az:81/read/page.php?bibid=857556&pno=15/mode/1up
Sizə bir məsləhətim də var, lütfən səmimi qəbul edin. 1-ci abzasda 10 dənə istinad göstəricisi qoymusunuz. Bu nə üçündür? Birinci abzas başdan-ayağa 1 mənbənin, eyni səhifədəki materiallarından ibarətdir. 10 istinad nəyə lazımdır? Abzasın axırında 1 dənə istinad kifayət etmirmi? Mən başa düşürəm ki, istinadların çoxluğu məqalənin elmi məqalə olması təsəvvürü yarada bilər. Amma gələcəkdə mütəxəssis bir vikipediyaçı bu məqaləyə baxsa lazımsız istinad göstəricilərini siləcəkdir yəqin ki. Sizə uğurlar. Dr.Həsəni (müzakirə) 15:15, 10 aprel 2025 (UTC)Cavabla
Mövzu əlavə et
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Müzakirə:Tağı_Musəvi&oldid=8096541"
LOVE.AZ