Karazin Universitetinin adını niyə dəyişmisən?
Aqşin Abbaslı
Aqşin Abbaslı, salam. İlk növbədə nəzakət qaydalarına riayyət etməyə çalışın. İstifadəçilərə sən deyil, siz olaraq müraciət etməlisiniz. Mövzuya gəldikdə isə məncə də köhnə adı daha doğru idi. Çünki ruvikidə də, ukvikidə də elə adlandırılıb. Plus, Azərbaycan dilindəki mənbələrdə "Karazin adına Xarkov Milli Universiteti" adı ilə qeyd olunub: [1], [2], [3], [4], [5]; tam adı ilə də qeyd olunanlar var: [6], [7]. Amma şəxsi fikrimə görə "Karazin adına Xarkov Milli Universiteti" ən uyğunudur.— Surə🗯06:36, 5 iyul 2021 (UTC)Cavabla
Salam hörmətli həmkarlar. @İstifadəçi:Sura Shukurlu məndən daha tez cavabınıza görə təşəkkür edirəm. Mən də Aqşin bəyi daha nəzakətli olmağa dəvət edirəm. Bu artıq ikinci dəvətimdir. Universitetin adına gəldikdə isə hələ ki məqalə adları ilə bağlı qəbul edilmiş qayda olmadığına görə, mən də digər adlandırmaları misal götürdüm: digər məqalələedə hörmətli isfifadəçilər belə dəyişikliklər ediblər. Səbəb isə məqalə daxilində bildirilən hallarda nəzdində, yanında, adına kimi əlavələrə ehtiyac olmadığıdır. Məsələn düşününki: ADA Universitetini belə adlandırırıq Azərbaycan Respublikası Xarixi İşlər Nazirliyi nəzdində Azərbaycan Diplomatika Akademiyası Universiteti. Daha qısa konkret ad məncə daha məqbuldurx - Dr.Wiki54 (müzakirə) 06:43, 5 iyul 2021 (UTC)Cavabla
Həmin məqalələrdə ona görə dəyişiklik edilib ki, Azərbaycan dilindəki mənbələrdə də belə adlandırılıb. Yəni düşünürəm ki, bunun qısa olması ilə əlaqəsi yoxdur. Hal-hzırda məqalə adları ilə bağlı qayda üzərində işləyirəm. Əsas kriteriyalar hazırdır. Hansılarda ki, qeyd olunub ki, adlandırmada yerli mənbələr üstün tutulmalıdır. Əslində bu qayda vikidə əvvəldən var. Məqalələrin adlandırılmasında yerli mənbələr üstün tutulur. — Surə🗯07:24, 5 iyul 2021 (UTC)Cavabla
Yadımda qalan MDU olub. Bir neçə başqa nümunələr də var. Əslində MDU-nun özü də bir neçə mənbədə Lomonosov adına MDU olaraq keçir. Mən özüm qısa-konkret , lakin əhatəli məqalə adlarından yanayam.- Dr.Wiki54 (müzakirə) 07:35, 5 iyul 2021 (UTC)Cavabla
Qeyd etməyi unutdum, Karazin adına Xarkov Milli Universiteti şəklində adlanmanın əleyhinə deyiləm. :) Sadəcə bəlkə ikimizin də yanıldığım nöqtə olar deyə müzakirə təklif etdim. - Dr.Wiki54 (müzakirə) 07:36, 5 iyul 2021 (UTC)Cavabla