Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. |
Məcid Baba oğlu Şamxalov (2 may 1907, Gülablı – 13 oktyabr 1984, Bakı)[1] — Azərbaycan dramaturqu, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar artisti (1949).
Məcid Şamxalov | |
---|---|
Doğum tarixi | 2 may 1907(1907-05-02) |
Doğum yeri | |
Vəfat tarixi | 13 oktyabr 1984(1984-10-13) (77 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | aktyor, dramaturq |
Mükafatları |
![]() ![]() |
Məcid Şamxalov 1907-ci il mayın 2-də Şuşa qəzasının Gülablı kəndində anadan olmuşdur[1]. Digər versiyaya görə isə, Cənubi Azərbaycanın Sərab şəhərində doğulmuş, uşaqlıqda valideynləri ilə Ağdama köçmüşdü[2].
İbtidai təhsilini kənddə almış, 1918-ci ildə ailəliklə köçmüşlər. Burada S. S. Axundovun rus-tatar məktəbini bitirmişdir.
M. F. Axundov adına Dövlət Teatr Texnikumunda təhsil aldıqdan sonra (1924–1926) taleyini milli səhnəyə bağlayır, Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor işləyir. İlk ədəbi-ictimai fəaliyyəti "Damğa" tənqid-təbliğ teatrında rejissorluğu dövründə kiçik həcmli əsərlər yazması ilə başlanır. Onun ilk əsəri "Mənzər" 1955-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çap olunmuşdur. Gənc məzhəkəçilərin respublika müsabiqəsində I yeri tutduğuna görə "Qızıl medal"a layiq görülmüşdür. Xidmətlərinə görə SSRİ medalları ilə təltif olunmuşdur.
Məcid Şamxalov 1984-cü il oktyabrın 13-də Bakıda vəfat etmişdir.