. Love.az

Medeniyyet Qezet - Wikipedia - Love.az

Ana Səhifə - Medeniyyet Qezet
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu adın digər istifadə formaları üçün bax: Mədəniyyət (dəqiqləşdirmə).

Mədəniyyət — Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəsmi qəzeti.[1]

Mədəniyyət
Format A3
Təsisçi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Baş redaktor Vüqar Əliyev
Yaranma tarixi 2 yanvar 1991
Dil Azərbaycan dili
Qiymət 30 qəpik
Səhifə 8
Ünvan AZ1073. Bakı ş. Moskva pros.1, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. 2-ci mərtəbə.
Tiraj 2000
medeniyyet.az

Mündəricat

  • 1 Haqqında
    • 1.1 İstiqaməti və məzmunu
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər

Haqqında

redaktə

"Mədəniyyət" qəzetinin ilk sayı 1991-ci ilin 2 yanvar tarixində nəşr olunub. Qəzetin təsisçisi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir. Nazirliyin mətbu orqanı kimi nəşrin başlıca vəzifəsi Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırmaq, bu sahədə görülən işləri ictimaiyyətə çatdırmaqdır.[2]

İstiqaməti və məzmunu

redaktə

Azərbaycanın mədəni həyatının müxtəlif sahələri – teatr, musiqi, kino, rəssamlıq, heykəltəraşlıq, xalq yaradıcılığı və tətbiqi sənətlər, eləcə də mədəni irs, tarix və ədəbiyyatımız, folklor, aşıq yaradıcılığı, habelə muzey, kitabxana və digər mədəniyyət müəssisələrinin fəaliyyəti qəzetin səhifələrində əksini tapır. Bundan əlavə, dünya mədəniyyətinin diqqətçəkən olayları, Azərbaycanın beynəlxalq mədəni əlaqələri, milli adət–ənənələr və mənəvi dəyərlər, mədəniyyətlərarası dialoq, mədəni müxtəliflik kimi mövzular qəzetin gündəm mövzularını təşkil etməkdədir.[2]

Qəzet həftədə iki dəfə (çərşənbə və cümə günləri) çıxır.[2]

İstinadlar

redaktə
  1. ↑ ""Mədəniyyət" qəzetinin ilk sayı 1991-ci ilin 2 yanvar tarixində nəşr olunub". 2019-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-14.
  2. ↑ 1 2 3 "Qəzet haqqında". 2019-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-14.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mədəniyyət_(qəzet)&oldid=7985961"
LOVE.AZ