. Love.az

Mehemmedsah Buranqulov - Wikipedia - Love.az

Ana Səhifə - Mehemmedsah Buranqulov

Məhəmmədşah Buranqulov (tam adı: Buranqulov Məhəmmədşah Əbdürrəhmanoviç; başq. Мөхәмәтша Әбдрәхмән улы Буранғолов; 15 dekabr 1888, Verxneilyasovo[d], Orenburq vilayəti – 9 mart 1966, Ufa) — başqırd şairi, dramaturq, folklorçu[1]. Başqırdıstanın xalq seseni (1944)[1].

Məhəmmədşah Buranqulov
başq. Мөхәмәтша Әбдрәхмән улы Буранғолов
Doğum tarixi 15 dekabr 1888
Doğum yeri indiki Orenburq vilayəti, Krasnoqvardeysk rayonunun Verxneilyasovo kəndi
Vəfat tarixi 9 mart 1966 (77 yaşında)
Vəfat yeri Ufa, Başqırd MSSR, SSRİ
Təhsili
  • Hüseyniyyə
Fəaliyyəti şair, dramaturq, müğənni
Əsərlərinin dili Başqırd dili
Janr teatr pyesi

Mündəricat

  • 1 Təhsili və fəaliyyəti
  • 2 Repressiyaya məruz qalması
  • 3 Yaradıcılığı
  • 4 Mükafatları
  • 5 İstinadlar

Təhsili və fəaliyyəti

redaktə

Başqırd Pedaqoji İnstitutunda oxumuş, 1938-ci ildən Ufadakı Dil və Ədəbiyyat ETİ-də işləmişdir[1].

Repressiyaya məruz qalması

redaktə

1950–1956-cı illərdə repressiyaya məruz qalmış, həbsdə olmuşdur[1]. 1959-cu ildə bəraət almışdır[1].

Yaradıcılığı

redaktə

Başqırd folklorşünaslığının inkişafında onun xidmətləri böyükdür[1]. Belə ki, o mahnıları, rəvayətləri, “Ural batır” xalq eposunu yazıya almışdır; toy mərasimlərinin və digərlərinin təsvirini vermişdir[1].

Başqırd xalq rəvayətlərinin motivləri əsasında “Aşkadar”, “Başqırd toyu”, “Şəürə” və digər pyeslərin müəllifidir[1].

Mükafatları

redaktə
  •   Başqırdıstanın xalq seseni (1944).

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 BURANQULOV Arxivləşdirilib 2023-08-04 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məhəmmədşah_Buranqulov&oldid=7514789"
LOVE.AZ