. Love.az

Mehemmed Sah Qacar - Wikipedia - Love.az

Ana Səhifə - Mehemmed Sah Qacar

Məhəmməd şah Qacar (Məhəmməd Mirzə Abbas Mirzə oğlu; 5 yanvar 1808, Təbriz – 5 sentyabr 1848, Tehran) — Qacar dövlətinin III şahı. Atası Abbas Mirzə Herat mühabirəsi zamanı öldüyünə görə 1834-cü il iyunun 20-də babası Fətəli Şahın vərəsəsi elan edildi. 8 noyabr 1834-cü ildə Fətəli Şah özü də öldükdən sonra Təbrizdə Məhəmməd Qacar Şahı elan edildi. Babası Fətəli Şah ölkənin müxtəlif yerlərində işləyən böyük oğlunu da tanımadığı üçün hakimiyyət onun vərəsəsinə uyğun babadan nəvəyə ötürüldü.[1]

Məhəmməd şah Qacar
Məhəmməd şah Abbas Mirzə оğlu Qovanlı-Qacar
Qacar dövlətinin III şahı
1834 – 1848
ƏvvəlkiFətəli şah Qacar
SonrakıNəsrəddin şah Qacar
Şəxsi məlumatlar
Doğum tarixi 5 yanvar 1808(1808-01-05)
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 5 sentyabr 1848(1848-09-05) (40 yaşında)
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Vəfat səbəbi podaqra, Qızıl yel xəstəliyi
Dəfn yeri Xanım Məsumə türbəsi, Qum
Fəaliyyəti siyasətçi
Atası Abbas mirzə Qovanlı-Qacar
Həyat yoldaşı
  • Məlikcahan xanım
Uşaqları
  • Nasirəddin şah Qacar,
  • Əbdüssəməd mirzə Salur
Ailəsi Qacarlar
Dini Şiə (İslam)
Rütbəsi marşal

Təltifləri "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni (Rusiya imperiyası) Knight of the Order of St. Alexander Nevsky (Rusiya imperiyası) Ağ Qartal ordeni (Rusiya imperiyası) 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni (Rusiya imperiyası) 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni (Rusiya imperiyası)
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd Şahın dövründə Osmanlı-Qacar sərhədinin müəyyənləşdirilməsi üçün Osmanlı dövləti ilə gərginliklər yarandı. Bu gərginliklər Osmanlı Dövləti ilə Qacarlar arasında təşkil olunmuş komissiyanın işi nəticəsində 1847-ci ildə Ərzurumda sülh müqaviləsinin imzalanması ilə sona çatdı.[2] Osmanlı dövləti artıq bitmiş müharibəyə görə üzüldüyünü bildirmiş və Qacar dövlətinə təzminat ödəməyə razı olmuşdu.

Məhəmməd Şah 1848-ci il sentyabrın 5-də Tehranda vəfat etmişdir. Onun ölümündən sonra hakimiyyətə oğlu Nəsirəddin şah Qacar gəldi.[3]

Mündəricat

  • 1 Həyatı
  • 2 Övladları
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Məhəmməd şah Abbas mirzə oğlu 1808-ci ildə Təbriz şəhərində doğulmuşdur. Saray təhsili almışdır. Hələ atasının sağlığında vəliəhd olmuşdur. 1834-cü ildə taxta çıxmışdır.1837-ci ildə Herat müharibəsini başlatmışdır.

Məhəmməd şah 1848-ci ildə vəfat etmişdir.[4]

Övladları

redaktə

Oğulları

  • Şahzadə Nəsrəddin mirzə, sonra Nasirəddin şah kimi tanındı.(16 iyul,1831–1 may, 1896)
  • Şahzadə Abbas mirzə II Abbas mirzə Qovanlı-Qacar kimi tanındı. (27 noyabr,1839–14 aprel,1897)
  • Şahzadə Məhəmmədtağı mirzə II Məhəmmədtağı mirzə Qovanlı-Qacar kimi tanındı (1840–1901).
  • Şahzadə Əbdüssəməd mirzə Əbdüssəməd mirzə Salur kimi tanındı. (1843–1929).

Qızları

  • Şahzadə Mələkzadə xanım Qovanlı-Qacar (1830–1905) Əmir Kəbir ilə ailə qurmuşdu.

İstinadlar

redaktə
  1. ↑ "Qacar Dövlətinin 3-cü hökmdarı: Türklüyü ilə fəxr edən Məhəmməd Şah Qacarı necə tanıyırıq?". Yeni Çağ Media (az.). 2019-03-07. 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-24.
  2. ↑ "Иран в середине XIX века | Историческая география". geohyst.ru. İstifadə tarixi: 2025-01-24.
  3. ↑ "Каджары - Iranistica | Eurasia". Iranistica | Eurasia (rus). 2023-08-19. 2024-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-24.
  4. ↑ "Мохаммед-шах Каджар – Numista". ru.numista.com. İstifadə tarixi: 2025-01-24.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məhəmməd_şah_Qacar&oldid=7988494"
LOVE.AZ