. Love.az

Mehemmed Emin Resulzade Fondu - Wikipedia - Love.az

Ana Səhifə - Mehemmed Emin Resulzade Fondu


Məhəmməd Əmin Rəsulzadəni Yaşatma Fondu — 1955-ci ilin mart ayında Azərbaycan Kültür Dərnəyi tərəfindən Məhəmməd Əmin Rəsulzadənin irsini yaşatmaq üçün Ankarada yaradılmış fond.[1]

Məhəmməd Əmin Rəsulzadəni Yaşatma Fondu
Növü Qeyri-hökumət təşkilatı
Yaranma tarixi mart 1955-ci il
Mərkəzi Ankara

Haqqında

redaktə

Məhəmməd Əmin Rəsulzadə dünyasını dəyişdikdən sonra 1955-ci ilin martında "Azərbaycan Kültür Dərnəyi"nin İdarə Heyəti onun məzarını düzəltdirmək, əsərlərini nəşr etdirmək və külliyyatını çıxarmaq üçün bir fond təsis edir. Fondun heyəti: Rəsul Ünsal, Kərim Odər, Həmid Atamandan ibarət idi. Bununla əlaqədar Ziraat Bankı Ankara Mərkəz Müdirliyi nəzdində "Məhəmməd Əmin Rəsulzadəni Yaşatma Fondu" adı ilə bir hesab açıldı.[1] Hesaba ilk maliyyə yardımı edənlər:

  • Rəsul Ünal - 10 lirə
  • Həsən Hocaoğlu - 50 lirə
  • Ənvər Dadaşzadə - 10 lirə
  • Kərim Odər - 50 lirə
  • Həmid Ataman - 25 lirə
  • Məhəmməd Kəngərli - 25 lirə
  • Əhməd Qaraca - 20 lirə
  • Əhməd Yaşad - 20 lirə
  • Vahab Yurdsevər - 50 lirə
  • Hilal Münşi - 40 lirə
  • Feyzi Aküzüm - 10 lirə
  • Süleyman Təkinər - 10 lirə

Həmçinin bax

redaktə
  • Mirzə Ələkbər Sabir Fondu
  • Çingiz Mustafayev adına Fond
  • Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondu

İstinadlar

redaktə
  1. ↑ 1 2 Nəsiman Yaqublu. Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası (PDF). Bakı. 2013. səh. 385.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məhəmməd_Əmin_Rəsulzadə_Fondu&oldid=8006235"
LOVE.AZ