Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Bu məqalənin neytrallığı şübhə doğurur. Məqalədə tərəf tutma və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən, və ya mübaliğəli fikirlərin olduğu iddia edilir. Xahiş olunur, bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz. |
Məhəmməd Əsəd bəy və ya Lev Nussimbaum – Azərbaycanlı mühacir jurnalist və yazıçısı. O, Kiyevdən[3] qatarda dünyaya gəlmiş, lakin 14 yaşınadək, 1920-ci ildə bolşeviklərdən qaçmazdan əvvəl uşaqlığını Bakıda keçirmişdi. O, Qafqaz[4], Rusiya İmperiyası[5], Bolşevik İnqilabının[6] yenicə kəşf etdiyi neft[7] və islam[8] haqqında yazmaqla Avropa ədəbi dünyasında özünə taxça yaratmışdı. Bu mövzular Qərb sakinlərinə çox az tanış idi. O, əsərlərini alman dilində Əsəd Bəy adı altında yazırdı.
Məhəmməd Əsəd bəy | |
---|---|
![]() | |
Doğum tarixi | 20 oktyabr 1905(1905-10-20)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 27 avqust 1942(1942-08-27)[2] (36 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xəstəlik |
Fəaliyyəti | yazıçı, bioqraf, tarixçi |
Əsərlərinin dili | alman dili |
Tanınmış əsərləri | |
![]() |
"Əli və Nino" kitabı 1970-ci ildə Amerika nəşrindən başlayaraq, ümumi tirajı 11 milyon nüsxə ilə yenidən çap edilmiş, 27 dilə tərcümə edilmiş və Azərbaycan ədəbiyyatının klassik əsəri hesab olunur.
Mövzuya yaxından bələd olan tarixçilər və ədəbi tənqidçilər Əsəd Bəyi etibarlı mənbə[9] kimi nüfuzdan saldılar[neytrallıq?]. Bu gün Əsəd Bəyin yazmaq üçün seçdiyi mövzuların hələ də kritik olmasına baxmayaraq, tarixçilər bu təxəllüs altında nəşr olunmuş kitabları etibarsız hesab edir və nadir hallarda ona istinad edirlər[neytrallıq?]. Bundan başqa Əsəd Bəyin ədəbi məhsuldar olması və sonralar məşhur olan əlyazmaları saxtalaşdıraraq onları öz adı altında satışa buraxması[neytrallıq?] və broker kimi fəaliyyət göstərməsi bu kitabların müəllifliyini sual altına qoyurdu[10]. O çox məhsuldar olduğuna görə[11], ədəbi agenti Verner Şendell ona sürətini azaltması və kitablar arasında fasilə verməsi üçün xəbərdarlıq etmişdi. Məhz həmin ildə polyak dilində iki romandan[12] savayı, alman dilində heç bir kitab nəşr edilməmişdi.
Kiyev sinaqoqu və Kiyev Dövlət Arxivindəki sənədlərin Lev Abramoviç Nussimbaumun Kiyevdə doğulduğunu göstərməsinə baxmayaraq,[13] onun sözlərinə görə o, 1905-ci ilin oktyabr ayında qatarda[14] nəşr edilən avtobioqrafik məqalədə Əsəd Bəy iddia edirdi ki, alman polisi onun doğuşunu Kiyevə kimi izləyəndən sonra o qatarda anadan olmuşdu. Həmin vaxtda isə o artıq iki kitabın müəllifi idi. (Şərqdə neft və qan, Qafqazın on iki sirri) Onun naşirləri bu kitabların əslən bakılı olan bir şəxs tərəfindən yazıldığı fikrini irəli sürürdülər. Beləliklə də, Die literarische Weltdə Əsəd Bəyin `qatarda doğuşuna` dair dəqiq verilməyən təsvir onun tezliklə Bakı doğumlu iddiası üçün hiyləgərcəsinə örtük rolunu oynadı. Bu iddia onun yazdıqlarına inam qazandırmış və kitablarını daha gəlirli etmişdi. Bu Nussimbaumun (Əsəd Bəy) tipik bir təcrübəsi idi. O daima yazdığı əsərlərin şəxsiyyətlərində və mövzularında milli eynilik haqqında iddialar irəli sürürdü. Stalin haqqında yazanda gürcü, II Nikolay haqqında yazanda isə özünü rus kimi qələmə verirdi. Fars aləmində boşanma məsələlərinə gəldikdə isə fars, Məhəmməd bioqrafiyasını yazanda isə müsəlman olduğunu iddia edirdi. Oxucuların cəfəngiyyat olsa da onun bütün yazdıqlarını həqiqət hesab etməsi üçün bütün bu cəhdlər nəzərə alınmışdı. Bax Betti Bleyer Nö.4, Əsəd bəyin Əli və Nino romanının əsl müəllifliyi ilə bağlı çoxlu eynilik. Onun əsl müəllif olmadığını göstərən yeddi səbəb",[15] dünyaya gəlmişdi. Onun doğum tarixi Kiyevin sinaqoqu ərazisində qeydə alınmışdır.
Atası Abraam Leybusoviç Nussimbaum yəhudi idi və Gürcüstan, Tiflis vətəndaşı idi. O, 1875-ci ildə anadan olmuş, sonralar Bakıya miqrasiya etmiş və neft sənayesinə sərmayə qoymuşdu.[16] Anası Basya Davidovna Nussimbaum, nikah haqqında şəhadətnaməsinə[17] əsasən Belarusiyadan gəlmə yəhudi idi. Lev hələ 5 yaşında ikən onun anası 16 fevral 1911-ci ildə zəhər içməklə özünə sui-qəsd etmişdi.[18] Göründüyü kimi sol partiya siyasətin[19] tutmuş və ola bilsin ki, kommunist hərəkatına cəlb edilmişdi. Sonralar atası onun qayğısına qalması üçün milliyyətcə alman olan Alis Şulteni dayə olaraq tutmuşdu.[20]
1918-ci ildə Lev və onun atası küçələrdə baş vermiş qətliamlar səbəbindən Bakıdan qaçmışdılar. Tarixçilərin etibarlı hesab etmədikləri Əsəd Bəyin ilk kitabına əsasən, onlar Türküstandan və İrandan keçmişdilər. Buna baxmayaraq, Nussimbaumun ədəbi əsərlərindən savayı, bu işgüzar səfərlə bağlı heç bir sənəd mövcud deyil.[21] Bolşeviklər 1920-ci ilin baharında Bakıda hakimiyyəti ələ keçirdikdən sonra Nussimbaum və onun atası Bakıya geri döndülər. Daha sonra isə onlar Gürcüstana qaçdılar və bolşeviklər Tiflis və Batumini ələ keçirənə qədər orada qaldılar.
Lev Nussimbaum "Şərqdə neft və qan" (Oel und Blut im Orient, alman dilində) adlı ilk kitabını 1929-cu ildə 24 yaşında ikən Əsəd Bəy adı altında yazmışdı. O, kitabın avtobioqrafik olduğunu iddia etsə də, Azərbaycan və Gürcüstanda görkəmli tarixçilər bunu təkzib etmiş və kitabın səhvlərlə, inanılmaz faktlarla dolu olduğunu və ən əhəmiyyətli "tarixi" hekayənin tamamilə səhv olduğunu bildirmişlər.[22] Əsərdə Əsəd Bəy uşaq ikən, 14 yaşında Azərbaycanı tərk etməyin məmnuniyyətindən söhbət açır. Kitabın son hissəsində o yazır: "Həmin anda mənim üçün Avropa başladı. Qoca Şərq isə öldü".[23]
Sonra onlar Konstantinopola getmək üçün minlərlə qaçqının köç etdiyi gəmiyə minməyə müvəffəq olmuşdular. Sonda isə o Berlində məskən salmış (1921–1933),[19] eyni zamanda orta məktəbə və Friedrich-Wilhelms Universitetinə yazılmışdı. O, bunlardan heç birini bitirməsə də hamıya Fəlsəfə elmləri namizədi olduğunu deyirdi.[24]
Nussimbaum yazır ki, onun təcrübələri heyranedici təcrübələrdir. Sonralar o Berlində 1922-ci ilin avqust ayında İslamı qəbul etməsini sübut edən şəhadətnamə əldə etdi.[25] 1926-cı ildə o, Berlinin məşhur ədəbi jurnalı olan Die literarische Welt (Ədəbiyyat dünyası) jurnalı üçün Əsəd Bəy təxəllüsü ilə əsərlər yazmağa başladı. Ən azı 120 məqalə onun adı altında dərc olunmuşdur.[26] Bu məqalələrin dəqiq ekspertizası aşkar edir ki, Azərbaycana yalnız üç məqalədə ötəri yer verilmişdir.[27] Azərbaycanda məşhur media haqqında ilk məqalədə ciddi səhvlər var və burada bəzi məqamlara toxunulmamışdır. Bu isə onun mövzu haqqında bir şey bilmədiyini göstərir. Digər iki məqalədə ölkələrin təsadüfi siyahısına Azərbaycanın da adı daxil edilir.
1930-cu illərin əvvəllərində Əsəd Bəy əsasən müasir tarix və siyasi məsələlər haqqında yazaraq Qərbi Avropa üzrə məşhur müəllifə çevrilmişdir.[28]
Əsəd Bəy siyasi mövqeyinə görə monarxiya[29] tərəfdarı idi. O, 1931-ci ildə bolşevizm əleyhinə alman-rus liqasına qoşulmuşdu. Onun iştirakçıları, Daniel Lazarenin qeyd etdiyi kimi, "ya nasistdirlər ya da tezliklə olacaqlar". O, həmçinin Almaniyanın Hohenzollern sülaləsinin bərpasını müdafiə etmiş sosial monarxist partiyasına üzv oldu. Onun həmçinin Aleksandr Kazembekin başçılıq etdiyi Rusiya gənclər hərəkatının faşistlərilə əlaqələri vardı.
1932-ci ildə Əsəd Bəy ayaqqabı maqnatı olan Valter Louvendalın qızı Erika Louvendal ilə evlənmişdi. Nikah qalmaqal ilə bitərək müvəffəqiyyətsizliyə uğramışdı.[30] 1935-ci ildə Erika onu tərk edərək Nussimbaumun həmkarı olan René Fülöp-Miller ilə evlənməyə qərar vermişdi. Erikanın valideynləri zəngin idilər. Onlar 1937-ci ildə Erika ilə Lev Nussimbaum Əsəd Bəyin boşanmasına müvəffəq oldular.[31]
1938-ci ildə almanlar Avstriyanı işgal etdikdən sonra Nussimbaum İtaliyaya qaçdı və Pozitano şəhərinin dəniz sanatoriyasında məskən saldı. O ətrafların qanqrenasına səbəb olan və Aşkenaz soyuna mənsub yəhudi kişilərində müşahidə olunan bir xəstəliyə yoluxmuşdu və qan dövranının pozulması nəticəsində orada vəfat etmişdi. Ehtimal ki, bu xəstəlik bəzilərinin iddia etdiyi kimi Rayno deyil,[32] məhz Burger xəstəliyi idi.[33]
Nussimbaumun etnik mənsubiyyətinin yəhudi olmasına baxmayaraq, o elə bir monarxist və anti-sosialist siyasəti yürütmüşdü ki, mənşəyinin aşkar olunmasından əvvəl nasist təbliğat nazirliyi onun əsərlərini "Alman xatirəsi üçün ən üstün kitablar" siyahısına daxil etmişdi.[28] Onun adına yazılmış əsərlər arasında Lenin, Stalin, II Nikolay, Məhəmməd peyğəmbər və Rza şah haqqında tərcümeyi-hallar mövcuddur. Ehtimallara görə, bütün bu "tərcümeyi-hallar" 1932–1936-cı illər arasında yazılmışdır. Bir dəfə Nussimbaumdan Benito Mussolini [istinada ehtiyac var] haqqında rəsmi tərcümeyi-hal yazması tələb olunmuşdu. Əsəd Bəyin əsərləri və onun bioqrafiya olduğunu iddia etdiyi əsərləri tarixçilər və ədəbi tənqidçilər tərəfindən ifşa edilmişdir və bu əsərlərin etibarsız olduğunu göstərmək üçün yazılan yazılar istisna olmaqla onlara nadir hallarda istinad edilir.[34]
1937-ci ildə bəzi insanlar məşhur Əli və Nino sevgi romanının ona aid olduğunu qeyd edirdilər. Lakin Yusif Vəzir Çəmənzəminlinin romanları, hekayələri, siyasi oçerkləri və gündəliklərinin analizləri bu mühüm əsərin əsl müəllifinin məhz Çəmənzəminli olduğunu göstərir.[35] Əsəd Bəy romanı əldə etdikdən sonra süjet xəttinə, xüsusilə də folklorla bağlı hissələrə müəyyən dəyişikliklər etmiş və bu zaman ciddi səhvlərə yol vermişdir. Bunu görmək çətin deyil, çünki bu hissələri o, digər əsərlərindən köçürmüşdür.[36] Onun Qafqaz haqqında biliyi olduqca məhdud idi, belə ki o, 14 yaşında ölkəni tərk etmişdi.[37]
Əsəd Bəyin rolu "Əli və Nino" və "Qızıl buynuzdan olan qız" kimi romanlarda daha çox müzakirə edilir. Faktlara əsaslandırılmış sübutlar göstərir ki, əlyazmalar ona ötürülmüş, o isə daha sonradan bu əsərlərə əlavələr edərək onları cilalamışdır.[38]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |