. Love.az

Mehemmed Bagir Xalxali - Wikipedia - Love.az

Ana Səhifə - Mehemmed Bagir Xalxali
Bu səhifədə iş davam etməkdədir.
Müdaxilə etməyə tələsməyin!
  • Əgər kömək etmək istəyirsinizsə, ya da səhifə yarımçıq qalıbsa, səhifəni yaradan istifadəçi ilə əlaqə qura bilərsiniz.
  • Səhifənin tarixçəsində səhifə üzərində işləmiş istifadəçilərin adlarını görə bilərsiniz.
  • lərinizi mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
Bu məqalə sonuncu dəfə 0 saniyə əvvəl Scherbatsky12 (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Məhəmməd Bağır Xalxali — azərbaycanlı şair.

Məhəmməd Bağır Xalxali
Ağa Mirzə Məhəmmədbağır Xalxali
Doğum tarixi 1829
Doğum yeri Qarabulaq, Xalxal
Vəfat tarixi 1901
Vəfat yeri
  • Ağkənd
Fəaliyyəti şair, alim
Vikimənbənin loqosu Məhəmməd Bağır Xalxali Vikimənbədə

Həyatı

redaktə

Məhəmməd Bağır Xalxali İranın Təbriz şəhəri yaxınlığındakı Xalxal qəsəbəsində dünyaya gəlib. Şairin bu günümüzə cəmi bir əsəri "Sələbiyyə" (Tülkü) gəlib çatıb. Onun başqa əsərlərinin mövcud olması ilə bağlı heç bir mənbədə məlumat yoxdur.

Xalxalinin həyatı haqqında da çox az məlumat var. Bu məlumatlar da əsasən onun əsərindən alınmışdır. Əsərdən belə məlum olur ki, o Nəsrəddin şahın dövründə — hicri tarixi ilə 1310-cu ildə "Sələbiyyəni" yazıb tamamlayıb. Şair bu əsərini nəzmlə yazıb. Əsəri "tülkünün nağılı" da saymaq olar. Tülkü haqqında danışmaqla Xalxali çox dərin fəlsəfi, mənəvi, məişət məsələlərinə toxunur. "Sələbiyyə"də o, demək istədiklərini o dövrün savadsız camaatı başa düşsün deyə çox sadə dillə ifadə edir. Əsərdə sırf tülkünün hekayəti onun onda biri qədərdir. Əsər əsasən nəsihətlərdən ibarətdir.

Mənbə

redaktə
  • Sələbiyyə

Xarici keçidlər

redaktə
  Vikimənbədə Müəllif:Məhəmməd Bağır Xalxali ilə əlaqəli mətnlər var.
  • Məhəmməd Bağır Xalxali
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məhəmməd_Bağır_Xalxali&oldid=8164742"
LOVE.AZ