Məhəmməd Alı oğlu Balayev (31 dekabr 1938, Musaköy, Qazax rayonu – 2 mart 2020) — ADPU Pedaqoqika və psixologiya fakültəsinin qiyabi şöbəsinin dekan müavini (1990-1993), ADPU-nun Fəlsəfə kafedrasının müdiri (?-2020); fəlsəfə üzrə elmlər doktoru (1992), professor (2004), Əməkdar müəllim (2012), "İlin alimi" (2012), Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunub.
Məhəmməd Balayev | |
---|---|
Məhəmməd Alı oğlu Balayev | |
![]() | |
Doğum tarixi | 31 dekabr 1938(1938-12-31) |
Doğum yeri | |
Vəfat tarixi | 2 mart 2020(2020-03-02) (81 yaşında) |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Uşağı | 2 |
Elmi dərəcəsi | |
İş yeri | |
Təhsili | |
Mükafatları |
![]() |
Məhəmməd Balayev 31 dekabr 1938-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. 1947-ci ildə Xanlıqlar kənd orta məktəbinin birinci sinfinə gedib. 1953-cü ildə həmin məktəbin 7-ci sinfini bitirərək, Qazax şəhər 1 saylı orta məktəbinin səkkizinci sinfinə daxil olmuş, 1955-ci ildə məktəbi bitirmişdir.
Təhsilimi davam etdirərək 1956-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-filologiya fakültəsinə daxil olmuşdur. 1961-ci ildə universiteti bitirib.
1961-1962-ci illərdə Yardımlı rayonunun Arus kənd orta məktəbində tarix, dil, ədəbiyyat müəllimi işləmişdir.
1962-1963-cü illərdə Bakı şəhəri, Nərimanov rayonunun 1, 82, 115 saylı orta məktəblərində müəllim işləyib.
1964-1967-ci illər Azərbaycan AMEA Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil alıb.
1967-1973-ci illər AMEA Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışıb. 1970-ci ildə namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb.
1968-ci ildən 1974-cü ilə kimi M.F.Axundov adına Azərbaycan Dövlət Dillər İnstitutunda Fəlsəfə müəllimi vəzifəsində işləyib. 1973-cü ildə müsabiqə yolu ilə V.İ.Lenin adına ADPU-nun Fəlsəfə kafedrasında fəlsəfə elmləri namizədi, baş müəllim vəzifəsini tutub. 1973-1977-ci illərdə ADPU-nun Fəlsəfə kafedrasında baş müəllim vəzifəsini icra edib. 1973-1999-cu illərdə ADPU-da Partiya Maarifinin rəhbəri vəzifəsində çalışıb. 1977-ci ildə kafedrada dosent vəzifəsinə seçilib və 1992-ci ilə kimi bu vəzifəni icra edib.
1982-1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat və Təşviqat Şöbəsinin ştatdan kənar mühazirəçisi vəzifəsində çalışıb.
1992-ci ildə “İslam: mənşəyi, təkamülü və ictimai həyatda rolu (problemin siyasi aspekti)” doktorluq dissertasiyası müdafiə edərək, fəlsəfə elmləri doktoru elmi dərəcəsi adını alıb.
1990-1994-cü illərdə Respublika və Bakı şəhəri “Bilik” cəmiyyətinin mühazirəçisi olub.
1990-1994-cü illərdə ADPU-nun Pedaqogika və psixologiya fakültəsinin qiyabi şöbəsində dekan müavini işləyib.
1994-1999-cu illər ADPU Fəlsəfə kafedrasının müdiri vəzifəsində işləyib.
2004-cü ildə professor elmi adını alıb.
2008-ci ildən ADPU-nun Böyük Elmi Şurasının üzvüdür, 100 elmi məqalənin, 3 metodik vəsaitin, 2 monoqrafiya, 3 kitabça, 19 proqramın müəllifidir.
2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işçisi döş nişanı ilə təltif olunub.
2007-ci ildə yenidən Fəlsəfə kafedrasının müdiri seçilib. 2008-ci ildə də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işçisi döş nişanı ilə təltif olunub.
2012-ci ildə ona "Əməkdar müəllim" adı verilib və "İlin alimi" adını alıb.
Ailəli idi, 1 qızı, 1 oğlu və 4 nəvəsi vardır.
Vikikitabda Məhəmməd Balayev/Biblioqrafiya mövzusuna dair mətn var. |