Məhəmməd Seyidalı oğlu Həsənov (20 mart 1930, Daşkəsən – 1 iyul 1998) — Azərbaycan dilçisi, professor.[1][2]
Məhəmməd Həsənov | |
---|---|
Məhəmməd Seyidalı oğlu Həsənov | |
![]() | |
Doğum tarixi | 20 mart 1930(1930-03-20) |
Doğum yeri | |
Vəfat tarixi | 1 iyul 1998(1998-07-01) (68 yaşında) |
İş yeri | |
Təhsili |
1930-cu il martın 20-də Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdur. 1946-cı ildə Qaryagində (indiki Füzulidə) Pedaqoji texnikumu əla attesttla, 1953-cü ildə Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1956-cı ildə ETPEİ-nin (indiki AR Təhsil İnstitutu) Azərbaycan dili tədrisinin metodikası üzrə aspiranturasını bitirmişdir.
1956-cı ildə ETPEİ-nin (indiki AR Təhsil İnstitutu) Azərbaycan dili tədrisinin metodikası üzrə aspiranturasını bitirmişdir. Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunda, Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda, M. F. Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda (indiki Bakı Slavyan Universiteti) işləmişdir. 1973-cü ildən ömrünün sonuna qədər isə Bakı Dövlət Universitetində çalışmışdır. Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının professoru idi.
1962-ci ildə "V sinifdə sifət bəhsinin tədrisi" mövzusunda namizədlik, 1989-cu ildə isə "Azərbaycan dili sintaksisi tədrisinin linqvistik-didaktik əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, bir sıra elmi əsərlərin redaktoru, N. Tusi adına APU-nun "Elmi əsərlər" məcmuəsinin redaksiya heyətinin üzvü idi.
M. S. Həsənov 2 müdafiə şurasının- Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu nəzdindəki müdafiə şurasının və Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutunda doktorluq müdafiəsi şurasının üzvü olmuşdur. 15-ə qədər namizədlik və doktorluq dissertasiyalarına opponentlik etmiş, bir sıra namizədlik və doktorluq dissertasiyalarına rəy yazmışdır.
Professor M. S. Həsənov 100-ə yaxın elmi-metodik əsərin müəllifidir. Bunlar monoqrafiya, dərslik, dərs vəsaiti, metodik vəsait, metodik göstəriş, proqram və metodik məqalələrdir.