Məhəmməd Məmmədəli oğlu Kərimov (21 sentyabr 1955, Ardanış, Krasnoselsk rayonu) — Azərbaycan cərrahı, həkim-fleboloq; tibb elmləri doktoru (2005), Azərbaycan Tibb Universitetinin professoru (2010). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş cərrahı (2006).
Məhəmməd Kərimov | |
---|---|
Doğum tarixi | 21 sentyabr 1955(1955-09-21) (69 yaş) |
Doğum yeri | |
Elm sahələri | tibb, fleboloqiya, cərrahiyyə |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili |
|
Elmi rəhbərləri | A. V. Pokrovski[d], Çərkəz Cəfərov |
Məhəmməd Kərimov 21 sentyabr 1955-ci ildə Çəmbərək rayonunun Ardanış kəndində doğulub. Ardanış kənd orta məktəbini bitirib.
1980-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu Lenin təqaüdü ilə bitirib. 1980–1983-cü illərdə təyinatla Sumqayıt şəhərində 1 saylı xəstəxanada həkim-cərrah işləyib.
1983-cü ildən əmək fəaliyyətini Moskva şəhərindəki SSRİ Tibb Elmlər Akademiyasının A. V. Vişnevski adına Cərrahiyyə İnstitutunda davam etdirib.[1] 1985-ci ildə həmin İnsititutda müsabiqə yolu ilə aspiranturaya daxil olub və 1988-ci ildə dünyaca məşhur damar cərrahı, akademik A. V. Pokrovskinin rəhbərliyi altında "Aşağı ətrafların damar mənşəli trofiki xoralarının idarəolunan abakterial mühitdə cərrahi müalicəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
1989-cu ildən Azərbaycan Tibb Universitetinin Ümumi Cərrahlıq kafedrasında assistent vəzifəsində çalışmağa başlamış, 1995-ci ildə həmin kafedranın dosenti seçilmişdir.
M. M. Kərimov 2005-ci ildə akademik M. İ. Davudov və professor Ç. M. Cəfərovun elmi məsləhətçiliyi ilə "Qida borusu xərçənginin cərrahi müalicəsi və proqnoz amilləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş cərrahı təyin edilib.
M. Kərimov 2010-cu ildən ATU-nun Ümumi Cərrahiyyə kafedrasının professorudur.[2]
Məhəmməd Kərimov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cərrahi profilli ixtisaslar üzrə Sertifikasiya və Attestasiya Komissiyalarının sədri, Azərbaycan Tibb Universitetinin Cərrahiyyə üzrə İxtisaslaşdırılmış Elmi Şurasının, eləcə də bir çox başqa şura və komissiyaların üzvüdür.
Ümumdünya Damar Cərrahları Assosasiyası, Dünya Fleboloji Forumu, Avropa Cərrahlar Cəmiyyəti, Avropa Damar Cərrahları Assosiasiyası və başqa beynəlxalq cəmiyyətlərin üzvüdür.