. Love.az

Mehemmed Xan Sahseven - Wikipedia - Love.az

Ana Səhifə - Mehemmed Xan Sahseven

Şahsevən Məhəmməd xan Nəsrulla xan oğlu — XIX əsr, Şahsevən elbəyi, Sarıxanbəyli oymağından, Xoy valisi, Mehdiqulu xan Cavanşirin bacısı oğlu.

Məhəmməd xan Şahsevən
Şahsevən Məhəmməd xan Nəsrulla xan oğlu
Doğum yeri Ərdəbil

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Həyatı

redaktə

Nəsrulla xanın ikinci oğlu Məhəmməd xan Ərdəbil şəhərində dünyaya gəlmişdi. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili görmüşdü. Məhəmməd xan Xoyun valisi olmuşdu.

Məhəmməd xan İran şahından üz döndərmiş, Rusiyaya üz tutmuşdu. Bir müddət Şuşa şəhərində yaşayandan sonra yenidən İrana qayıtmışdı.

Ailəsi

redaktə

Məhəmməd xanın Məhəmmədqulu xan, Əhməd xan adlı oğulları vardı.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Şahsevən eli, "Soy" dərgisi, Ⅶ 4 (12), Bakı, 2008.

Həmçinin bax

redaktə
  • Nəzərəli xan Şahsevən
  • Şahsevən eli
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məhəmməd_xan_Şahsevən&oldid=7740204"
LOVE.AZ