. Love.az

Meherrem Quliyev - Wikipedia - Love.az

Ana Səhifə - Meherrem Quliyev

Məhərrəm Quliyev (13 aprel 1968, Lənkəran) — Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini.[1]

Məhərrəm Quliyev
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
5 aprel 2019-cu ildən
ƏvvəlkiNizaməddin Quliyev
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı
1 iyul 2011 – 5 aprel 2019
ƏvvəlkiElxan Usubov
SonrakıNizaməddin Quliyev
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini
2003 – 200?
BaşçıZeynal Nağdəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 13 aprel 1968(1968-04-13) (57 yaş)
Doğum yeri
  • Lənkəran, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Aqrar Universiteti
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Siyasi fəaliyyəti
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Quliyev Məhərrəm Böyükağa oğlu 13 aprel 1968-ci ildə Lənkəranda anadan olmuşdur. 1986–1988 tarixlərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir.

Ailəlidir. 2 övladı var.

Siyasi fəaliyyəti

redaktə

Lənkəran rayonunda müxtəlif vəzifələrdə çalışmış, 2003-cü ildən isə Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini olmuşdur.

13.03.2006-cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir. Dövlət qulluğunun baş müşaviridir. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli Sərəncamı ilə Agstafa rayon İcra hakimiyyətinin başçısı təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2019-cu il tarixli Sərəncamı ilə Goranboy rayon İcra hakimiyyətinin başçısı təyin edilmişdir[2].

İstinadlar

redaktə
  1. ↑ "Quliyev Məhərrəm Böyükağa oğlu Goranboy Rayon İcra Hakimiyyətinin Başçısı". 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-23.
  2. ↑ "M.B.Quliyevin Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-13.

Xarici keçidlər

redaktə
  • Məhərrəm Quliyev
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məhərrəm_Quliyev&oldid=7774010"
LOVE.AZ