Məhərrəmli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Ərəb Qubalı kənd inzibati ərazi dairəsində kənd.[1]
Məhərrəmli | |
---|---|
40°10′29″ şm. e. 48°21′15″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Məhərrəmli kəndi şimaldan baş şirvan kallektoru, qərbdən girdiman cayı, cənubdan isə kur üstü kəndləri ilə əhatə olunmuşdur. Şərqdə Ərəbqubalı kənd nümayəndəliyi yerləşir. 1950-ci illərə qədər Məhərrəmli kəndi 3 cayın birləşdiyi yerdə kiçik quru sahədə yerləşib. Caylar ağsu cayı,girdiman cayı və qarasu cayı. Qobu deyilən dərə ilə axıb kecərmiş. Hal–hazırda həmin caylar süni yollarla birləşdirilib kür cayına tökülür. Deylənlərə görə 1950 ci illərə qədər kəndin ətrafı ceyran, qaban, turac, bildircin, və sularda bir cox balıq növü olub. Kəndin ətrafı bütün qamışlıq olub. Məhərrəmli oyk. Şirvan düzündədir. Keçmiş adı Mola Məhərrəmli olmuşdur. Çox güman ki, Mola Məhərrəm yaşayış məntəqəsinin əsasını qoymuş nəslin başçısı olmuşdur.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 854 nəfər əhali yaşayır.[3]
Əsasən həyətyanı və pay torpaqları vasitəsilə əkinçilik təşkil edir. Həyətyanı sahələrin əsasını nar bağları təşkil edir. Pay toypaqlarında isə taxılçılıq və yemçilik təşkil edir. Son illədə pambıqcılıq da inkişaf etməkdədir. Maldarlıq sahəsi üzrə də məşğuliyyət vardır. İri və xırda buynuzlu malqara üsünlük təşkil edir.