Məhərrəmlik, Məhərrəm əzadarlığı və ya sadəcə əzadarlıq — əsasən şiə müsəlmanlar tərəfindən müşahidə edilən anım mərasimləri toplusu.[1][2] Bu, İslam təqviminin birinci ayı olan Məhərrəm ayına təsadüf edir. Ritualla bağlı hadisələrin çoxu "Hüseyniyyə" kimi tanınan yığıncaq salonlarında keçirilir.
Məhərrəmlik | |
---|---|
![]() | |
![]() |
Mərasim Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn ibn Əlinin I Yezidin əmri ilə Übeydulla ibn Ziyadın qüvvələri tərəfindən şəhid edildiyi Kərbəla döyüşünün ildönümüdür.[3] Bu hadisənin illik matəm mövsümündə, əsas tarix kimi Aşura günü ilə qeyd olunması şiə icmasının kimliyini müəyyənləşdirməyə xidmət edir.[4] Məhərrəmlik mərasimləri şiə müsəlmanların çox olduğu ölkələrdə keçirilir.