Məhabad şəhristanı (fars. شهرستان مهاباد & پیرانشهر; azərb. مهاباد بؤلگهسی) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanının (vilayətinin) 14 şəhristanından biri. Şəhristanın inzibati mərkəzi Məhabad (Soyuqbulaq) şəhəridir.
Məhabad şəhristanı | |
---|---|
fars. شهرستان مهاباد | |
36°46′ şm. e. 45°44′ ş. u.HGYO |
|
Ölkə | İran |
Daxildir | Qərbi Azərbaycan ostanı |
İnzibati mərkəz | Məhabad |
Ən böyük şəhəri | Məhabad |
Tarixi və coğrafiyası | |
Sahəsi | 2 592[1] km² |
Saat qurşağı | UTC+3.30, yayda UTC+4.30 |
Əhalisi | |
Əhalisi | 215 529 nəfər (2011) |
Etnik tərkib | Kürdlər, azərbaycanlılar[2]. |
Dini tərkib | Müsəlman (Sünni, Şiə) |
Rəsmi sayt | |
![]() |
|
![]() |
2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə şəhristanın əhalisi 197,441 nəfər (kişilər: 100,085 nəfər - qadınlar: 97,358 nəfər) olmuşdur[3][4].
Hazırda Məhabad şəhristanında əsasən kürdlər yaşayırlar və kürd dilində danışırlar.[5]
Məhabad bir vaxtlar Savucbulaq / Sovucbulaq (Soyuqbulaq adının yerli ləhcədəki tələffüzü), sonralar isə (Qacar dövründə) kürdlərin mukri tayfasının kütləvi şəkildə şəhərdə və ətraf bölgədə məskunlaşıb əhalinin böyük hissəsini təşkil etməsinin nəticəsində Sovucbulaq Mükri adlandırıldı. Pəhləvilər sülaləsi dövründə isə, 1936-cı ildə bölgənin mərkəzi şəhəri Məhabad olaraq adlandırıldı.
Şəhərin və şəhristanın hazırkı adı olan Məhabad farsca "ay" mənasını verən "məh / mah", və şəhər adlarında istifadə olunan "abad" sözlərindən ibarətdir.
Cənubi Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |