Məkhul (ərəb. مكحول) və ya Əbu Abdillah Məkhul ibn Əbi Müslim Şəhrab ibn Şazəl əş-Şəmi əd-Dəməşqi əl-Hüzəli — Tabiin nəslinə mənsub fəqih.[2]
Məkhul | |
---|---|
ərəb. مكحول | |
Doğum tarixi | I minillik |
Doğum yeri |
|
Vəfat tarixi | sentyabr 731[1] |
Elm sahəsi | fiqh |
Aişə, Übeyy ibn Kəab, Əbu Ümamə əl-Bahili, Vasilə ibn al-Əsqa, Ənəs ibn Malik, Mahmud ibn Rəbi, Əbdürrəhman ibn Qanəm və başqalarından elm almışdır. Əyyub əs-Sixtiyani, Əvzai, Səid ibn Əbdüləziz kimi tanınmış alimlərin ustadlarındandır. Səid ibn Cübeyr onun fiqhdə Zöhridən güclü olduğunu söyləmişdir. Qədəri görüşünə sahib olduğu iddia edilsə də, bu, isbat edilməmişdir.[3]