. Love.az

Melik Aslan Bey Melikyeqanli - Wikipedia - Love.az

Ana Səhifə - Melik Aslan Bey Melikyeqanli

Məlik Aslan bəy (tam adı: Məlik Aslan bəy Bağdad bəy oğlu; 1787, Tuğ, Dizaq mahalı, Qarabağ xanlığı – 1832, Tuğ, Qarabağ əyaləti, Rusiya imperiyası) — Qarabağ bəylərindən, Dizaq mahalının son məliyi və naibi, Zəngəzur mahalının naibi.

Məlik Aslan bəy
Aslan bəy
Doğum tarixi 1787
Doğum yeri Tuğ, Dizaq mahalı, Qarabağ xanlığı
Vəfat tarixi 1832
Vəfat yeri Tuğ, Qarabağ əyaləti, Rusiya imperiyası
Dəfn yeri
  • Tuğ
Uşaqları

Şirin bəy, Hacı Fərhad bəy, Kərbəlayi Əli Qulu bəy,

Firudin bəy, Nəcəf bəy,

Haci Abbas bəy
Atası Bağdad bəy

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Ailəsi
  • 4 Həmçinin bax
  • 5 Mənbələr
  • 6 İstinadlar

Həyatı

redaktə

Aslan bəy 1787-ci ildə Dizaq mahalının Tuğ kəndində dünyaya gəlmişdi.
Bir neçə dildə savad almışdı. Rus dilini də bilirdi.
1805-ci ildə Məliklik taxtına çıxıb, Dizaq mahalını idarə etməyə başladı. Tarixçi Mir Mehdi Xəzani "Kitabi-tarixi-Qarabağ" adlı əsərində yazır: "Amma sonra mərhum Mehdiqulu xan əsri və dövləti Rusiya zamanı yenə Məlik Aslan bəy və oğlanları tərəqqilər bulub, mahallara hakim və naib olub, əyani-vilayət cümləsindən məhsub oldular".[1]
Məlik Aslan bəyin uruğu Məlik-Aslanov soyadını daşıyır.

Fəaliyyəti

redaktə

Məlik Aslan bəy Dizaq piyadalarının başında rus-İran savaşlarında iştirak etmişdi. Bundan başqa rus əsgərlərini və zabitlərini öz hesabına ərzaqla təmin edirdi. Hətta bir dəfə feldmarşal Paskeviçi qoşunu ilə bərabər qonaqlamışdı. Tarixçi Mir Mehdi Xəzani bu barədə yazır: "Paskeviç sərdar dəxi o səfərdə gəlib, Qarabağda Təxti-tavusda ki, Dizaq mahalında və Quru çay üstə bir məhəldir, orda qoşun ilə bir müddət əyləndi. Çərəkən kənarında da bir ay yarım dayandı. Əlhəqq Məlik Aslan bəy Dizaqi o vaxtdan sərdar Paskeviç xidmətində çox layiqli xidmətlər etmişdi. Orada qoşuna nabələd vaxtı çox tüncü və tədarükat hazırlayıb, sərdarı və qoşunu məmnun və razı eləmişdi".[2]
Məlik Aslan bəy rus üsul-idarəsi dönəmində Zəngəzur mahalının da naibi olmuşdu. Bu barədə Ənvər Çingizoğlu yazır: "1830-cu ildən sonra Çələbiyanlı elinin nümayəndələri Qarabağa köçmək fikrinə düşdülər. Elin başçılarından olan Əli bəy Məhəmmədvəli sultan oğlu 3 may 1832-ci ildə Zəngəzur mahalının naibi Məlik Aslanla danişib, 300 ailə ilə Arazdan adlamaq istədi. Naib Qarabağ rəisi ilə danışıb razılıq aldı. Çələbiyanlı elinin bir hissəsi Qarabağa köçdü. Xudayarlı obası Dizaq-Cəbrayıllı mahalının Diridağ yurdunda, Zərnəli obasının yarısı Dizaq mahalının Mollavəli yurdunda, yarısı Bərgüşad mahalının çay kənarında, Xumarlı obası da çay kənarında məskunlaşdı".[3][4]
"Məlik Aslan tərəfindən idarə olunan Qarabağın Dizak mahalının kəndlərinin Xəbərlərinə" əsasən, onun nəzarəti altında olan kəndlər: Zamzur, Sur, Tağaser, Koşbək, Tuğ, Qaqəqi, Xozabirt, Mamat-Azor, Qəmrəpoç, Küqül, Bulutan, Cuvarlı.[5]
"1823, 1832, 1848 – 1849, 1863-cü illərdəki təsvirlərə görə, ailənin bütün əsas üzvləri (Məlik Aslan və onun qardaşlarının törəmələri) bəylər arasında göstərilmişdir", yəni bəy ləyaqəti var idi. [6]

Ailəsi

redaktə
  • Atası Bağdad bəy
  • Övladları: Şirin bəy (1803,Tuğ – 1863,Tuğ), Hacı Fərhad bəy (15.06.1805,Tuğ – 1889,Tuğ), Kərbəlayi Əli Qulu bəy (1810,Tuğ –?), Firudin bəy (15.06.1811,Tuğ – 27.05.1857,Tuğ), Nəcəf bəy (1816,Tuğ – ?), Hacı Abbas bəy (1817,Tuğ – 1891,Tuğ)

Həmçinin bax

redaktə
  • Məlik-Aslanovlar

Mənbələr

redaktə
  • N.A. Cavanşir. Məlik-Aslanovların soyağacı haqqında, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, İkinci Buraxılış, "Səda", Bakı, 2001, səh. 27 ISBN 5-86871-204-4
  • E.E. İsmaylov. Məlik-Aslanovlar nəslinə dair dəqiqləşdirmələr (rus dilində), Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu", 2001, səh. 163–169 ISBN 9952-25-001-0
  • Ənvər Çingizoğlu. Dizaq mahalı, "Soy" dərgisi, 12 (24), 2009, səh. 48–57.
  • Ənvər Çingizoğlu. "Soy" elmi-kütləvi dərgi, 2011, № 3, səh. 23–34.

İstinadlar

redaktə
  1. ↑ Qarabağnamələr. II kitab. Bakı: Yazıçı, 1991.
  2. ↑ Qarabağnamələr. II kitab. Bakı: Yazıçı, 1991.
  3. ↑ Ənvər Çingizoğlu — "Qarabağlı difaiçilər" Tarixi-ensiklopedic tədqiqat, Bakı-Mütərcim-2021
  4. ↑ "Soyum: Şirin narın kökü, qızıl üzümün tənəyi". www.xudaferin.eu — 2/04/2022.
  5. ↑ Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. f. 24, оp. 1, d. 142, l. 205-207
  6. ↑ Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi. f 69, op. 1, d. 31, l.18
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məlik_Aslan_bəy_Məlikyeqanlı&oldid=8091088"
LOVE.AZ