. Love.az

Memmedeli Novruzov - Wikipedia - Love.az

Ana Səhifə - Memmedeli Novruzov
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Məmmədəli Novruzov — Azərbaycanın dilçi alimi, türkoloq, türk dillərinin araşdırıcısı, filologiya elmləri doktoru, professor

Məmmədəli Novruzov
Digər adı Məmmədəli Qıpçaq
Doğum tarixi 28 mart 1956
Doğum yeri Cəhri, Babək rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 15 oktyabr 2021 (65 yaşında)
Vəfat yeri Bakı
Dəfn yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti türk
Elm sahəsi türkologiya
Elmi dərəcəsi professor
Elmi adı filologiya elmləri doktoru
İş yeri Bakı Dövlət Universiteti
Təhsili Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi
Elmi rəhbəri Fərhad Zeynalov

Mündəricat

  • 1 Bioqrafiyası
  • 2 Təhsili
  • 3 Tədqiqat sahəsi
  • 4 Əmək fəaliyyəti
  • 5 Seçilmiş əsərləri
  • 6 Kitabları
  • 7 İstinadlar

Bioqrafiyası

redaktə
  • 1956-cı il mart ayının 28-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində doğulmuşdur.
  • 1973–1978-ci ıllərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır.
  • 1981–1984-cü illərdə ADU-nun Türkologiya kafedrasının aspirantı olmuşdur.
  • 1985-ci ildən BDU-nun Türkologiya kafedrasında baş müəllim, dosent işləmiş, 2006-cı ildən ömrünün sonuna qədər professor vəzifəsini tutmuşdur.[1]
  • 15 oktyabr 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Təhsili

redaktə
  • 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
  • 1989-cu ildə "Türk dillərində hal kateqoriyasının formalaşması və inkişafı mövzusunda namizədlik, 2003-cü ildə "Kəmiyyət anlayışının dildə ifadəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.[1]

Tədqiqat sahəsi

redaktə
  • Türkologiyanın ümumi nəzəri problemləri, qədim türk abidələri, müasir türk dillərinin fonetk, leksik və qrammatik quruluşu, türk əlifbaları sahələrində tədqiqat aparır.[1]

Əmək fəaliyyəti

redaktə
  • Bakı Dövlət Universiteti.
  • 1985-ci ildən türkologiya kafedrasında çalışır."Türkologiyaya giriş", "Qədim türk dili", "Qədim türk yazılı abidələri", "Türk dillərində kəmiyyət *kateqoriyası", "Türk əlifbaları" fənlərindən mühazirə və seminar dərsləri aparır. 70-ə yaxın elmi, 500-ə yaxın elmi-kütləvi məqalənin, 4 monoqrafiya və 2 kitabın müəllifidir.[1]

Seçilmiş əsərləri

redaktə
  • 2008, Professor F. Zeynalov və onun elmi irsi. F. R. Zeynalov. Türk dillərinin müqayisəli qrammatikası I hissə (Fonetika, leksika, morfologiya), Bakı, 11s.
  • 2005, Türk dillərinin səs quruluşu (metodik göstəriş), Bakı, 32s.
  • 2004, Buqut abidəsinə dair qeydlər. Dədə Qorqud (elmi-ədəbi toplu), № 2, 30s. (Ə. Əsgərlə birlikdə).[1]

Kitabları

redaktə
  • 1994, Türk dillərində hal kateqoriyası, Bakı, 152 s. (rus dilində).
  • 1996, Türk say sistemi, Bakı, 132s.
  • 1996, Türk savaş sənəti, Bakı, 176 s. (Ə. Əsgərlə birlikdə)
  • 2000, Kəmiyyət anlayışının dildə ifadəsi, Bakı, 453 s.
  • 2002, Söz aləminə səyahət, Bakı, 248 s.
  • 2005, Türk dillərinin səs quruluşu, Bakı, 32 s.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 "Arxivlənmiş surət". 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-13.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məmmədəli_Novruzov&oldid=7692703"
LOVE.AZ