. Love.az

Memmed Irevanli - Wikipedia - Love.az

Ana Səhifə - Memmed Irevanli

Məmməd (İrəvanlı) Cəfərov - aşıq

Məmməd İrəvanlı
Doğum tarixi 1894
Doğum yeri Keşişkənd, İrəvan quberniyası, Qərbi Azərbaycan

Həyatı

redaktə

Məmməd (İrəvanlı) Cəfərov 1894-cü ildə İrəvan quberniyasında Keşişkənddə anadan olmuşdur.

O, öz tərcümeyi-halında yazır: “1904-10-cu illərdə muzdurluqla yaşamışam. 1910-1914-cü illərdə Ukraynanın Tuva vilayətində su kəməri tunelində işləmişəm... 1914-1917-ci illərdə Bakıda Musa Nağıyevin neft buruqlarında fəhlə işləmişəm... 1917-1920-ci illərdə erməni-Azərbaycan savaşında Bakıdan İrəvana getdim. Orada da yaşamaq mümkün olmadı. 1920-1926-cı illərdə Gədəbəy mahalında yaşamışam...”

Didərginlik həyatı yaşadığı bu illərdə aşıq Məmməd Cəfərov dərdini saza söyləmiş, onunla həmdərd olmuş, yaşayış yerini dəyişmiş, Ağdamın Qərvənd kəndində məskunlaşaraq həm təsərrüfatla məşğul olmuş, həm də aşıq sənətini özünə peşə seçmiş, el şənliklərində çalıb-oxumuşdur.

İstinadlar

redaktə
  • Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan nəşriyyatı, 2010.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məmməd_İrəvanlı&oldid=7769461"
LOVE.AZ