. Love.az

Memmed Isgenderov - Wikipedia - Love.az

Ana Səhifə - Memmed Isgenderov

İsgəndərov Məmməd Əbdül oğlu (4 (17) dekabr 1915, Eyvazlı, Zəngəzur qəzası – 28 may 1985, Bakı) — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, Azərbaycan SSR Nazirlər Sovetinin 6-cı sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Lenin Rayon Komitəsinin birinci katibi.

Məmməd İsgəndərov
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri
29 dekabr 1961 – 25 dekabr 1969
ƏvvəlkiSəftər Cəfərov
SonrakıQurban Xəlilov
Azərbaycan SSR Nazirlər Sovetinin 6-cı sədri
10 iyul 1959 – 29 dekabr 1961
ƏvvəlkiVəli Axundov
SonrakıƏnvər Əlixanov
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi
1954 – 1955
Birinci katibİmam Mustafayev
Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi
1953 – 1954
SonrakıMəmməd Qurbanov
Azərbaycan Kommunist Partiyası Lenin Rayon Komitəsinin birinci katibi
1947 – 1948
Şəxsi məlumatlar
Doğum tarixi 4 (17) dekabr 1915
Doğum yeri
  • Eyvazlı, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 28 may 1985(1985-05-28) (69 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası (1943–)
Təhsili
  • Azərbaycan Sənaye İnstitutu (–1940)
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • geologiya-mineralogiya elmləri doktoru
Elmi adı
  • professor

Təltifləri "Lenin" ordeni "Lenin" ordeni
İmzanın şəkli

Həyatı

redaktə

Məmməd İsgəndərov 1915-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlib. Ailədə beş qardaş olublar: Süleyman, Kərim, Səlim, Xanlar və Məmməd. 1919-cu ildə ermənilər kəndə hücum edəndə Süleyman erməni gülləsinə tuş gəlib.

M. İsgəndərov 1929-cu ildə Bakıya gələrək Sabir adına Pedaqoji məktəbə daxil olub və Xanlıq kənd orta məktəbində bir müddət dərs dedikdən sonra 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunda mühəndis-geoloq ixtisasına yiyələnərək, neft mədənlərinin birində işə düzəlib. 1953-cü ildə Bakı ŞPK-nın 1-ci katibi seçilib. 1959-cu ildə Nazirlər Sovetinin sədri təyin olunub. 1961-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri seçilib. İki çağırış (1961–1969-cu illər) ali qanunverici orqana başçılıq edib.

O həm də elm sahəsində böyük nailliyətlər qazanıb. 1956-cı ildə "Neft-mədən geologiyası və neft-qaz yataqlarının işlənməsi" adlı əsərini çap etdirərək geologiya-mineralogiya elmləri doktoru elmi adına layiq görülüb. 1970-ci ildə Dərinlik qazma elmi-tədqiqat İnstitutuna direktor təyin edilib və ömrünün sonuna qədər burada işləyib. 1985-ci ildə, 70 yaşında vəfat edib.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məmməd_İsgəndərov&oldid=8000312"
LOVE.AZ