. Love.az

Memmed Efsan - Wikipedia - Love.az

Ana Səhifə - Memmed Efsan

Məmməd Əfşan (tam adı: Məmməd Hüseyn oğlu Məmmədov; 27 iyun 1939, Aşağı Əskipara, Qazax rayonu) — şair-publisist, jurnalist, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.[1][2][3][4]

Məmməd Əfşan
Məmməd Hüseyn oğlu Məmmədov
Doğum tarixi 27 iyun 1939(1939-06-27) (85 yaş)
Doğum yeri
  • Aşağı Əskipara, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Dillər Universiteti,
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti şair, jurnalist, yazıçı
Üzvlüyü Azərbaycan Yazıçılar Birliyi
Azərbaycan Jurnalistlər Birliyi
Rəsmi veb-saytı

Mündəricat

  • 1 Həyatı
  • 2 Əsərləri
    • 2.1 Povest və romanları
    • 2.2 Şerlər toplusu
    • 2.3 Pyesləri
  • 3 Xarici keçidlər
  • 4 İstinadlar
  • 5 Xarici keçid

Həyatı

redaktə

Məmməd Əfşan 27 iyun 1939-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub.[1] Azərbaycan Pedaqoji Dillər İnstitutunun fransız dili fakültəsinə daxil olmuş, daha sonra təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsində davam etdirib. Əmək fəaliyyətinə "Abşeron” qəzeti redaksiyasında məsul katib kimi başlayıb.[5] İlk şeiri Qazaxda nəşr olunan "Kommuna yolu” qəzetində, ilk məqaləsi "Azərbaycan gəncləri” qəzetində, ilk felyetonu "Abşeron” qəzetində, xaricdə ilk şeirləri Özbəkistanda və Latviyada dərc olunub. İlk şeirlər kitabı "Dostluq töhfəsi” Daşkənddə nəşr edilib.

Sayca 50-dən artıq kitab müəllifi olan şairin yaradıcılığı olduqca zəngindir. İlk sanballı əsəri "Üç qardaş” povestlər trilogiyasıdır. Sonra iki cildlik "Mən görən kişilər” publisist xatirələr toplusunu yazıb. "Dünya mənim dünyam deyil” adlı seçilmiş şeirlər kitabı nəşr olunub. Daha sonra "Sönməz ocağın dühası” (M.Əlizadə ilə birlikdə), "Ömür karvanı”, "Bir ömrün dastanı” (rus dilinə tərcümə olunub), "Göyçənin tərlanı”, "Kişiliyi yaşadan kişi”, "Əzablı yolların yolçusu”, "Qasırğalar burulğanında”, "Tale hökmü”, "Qaçaq Tavat” adlı povest və romanları, "Buzov” və "Tanrı hökmü” pyesləri şairin yaradıcılığında zənginliyi özündə əks etdirən ən qiymətli əsərlərdir. Ən son şeirlər toplusu olan "Taleyim alnıma yazılıb mənim” kitabı isə bu il nəşr olunub.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Əməkdar jurnalist Səhrəd Məmmədovun qardaşıdır.[6]

Demokratik Azərbaycan Dünyası Partiyasının keçmiş sədr müavinidir.[7]

Əsərləri

redaktə

Povest və romanları

redaktə
  • Sönməz ocağın dühası (2003)[8]
  • Ömür karvanı
  • Göyçənin tərlanı (2006)[9]
  • Kişiliyi yaşadan kişi
  • Əzablı yolların yolçusu
  • Qasırğalar burulğanında
  • Tale hökmü
  • Qaçaq Tavat
  • Mən görən kişilər
  • Bir ömrün dastanı
  • Özüm və sözüm
  • Milləti və dövləti sarsıdan 15 gün[10]
  • Zirvə (2013)[11]

Şerlər toplusu

redaktə
  • Dünya mənim dünyam deyil
  • Taleyim alnıma yazılıb mənim (2019)
  • Dünyaya gəlməyə ömür tələsdi (2020)[12]
  • İtən şeirlərim (2024)

Pyesləri

redaktə
  • Buzov
  • Tanrı hökmü

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Qazaxda şair-publisist, jurnalist Məmməd Əfşanın 80 illik yubileyi qeyd olunub". Qazax Rayon İcra Hakimiyyəti. 26.11.2024 tarixində arxivləşdirilib.
  2. ↑ "Azərbaycan ədəbiyyatının qocaman fədaisi: Məmməd Əfşanın 85 illik yubileyi qeyd olunur". 09.09.2024 tarixində arxivləşdirilib.
  3. ↑ "İKİ YUBİLYAR - Rəfail İncəyurdun 70, Məmməd Əfşanın 85 illik yubileyləri keçirildi". 06.01.2025 tarixində arxivləşdirilib.
  4. ↑ "Qazaxda abidə-bulaq kompleksi istifadəyə verilib". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 10.01.2025 tarixində arxivləşdirilib. şair-publisist Məmməd Əfşan çıxış edərək...
  5. ↑ "Sadə insan, mükəmməl şəxsiyyət - Sadıq Murtuzayev". 21.01.2025 tarixində arxivləşdirilib. Onda mən "Abşeron" qəzetində yenicə işləyirdim
  6. ↑ "Dünyaya gəlməyə tələsən şairin Vətən və yurd ağrılarının dastanı". 20.09.2020 tarixində arxivləşdirilib. ...qardaşı Səhrəd Məmmədova ünvanladığı məktublarda...
  7. ↑ "Yük maşını i̇lə nami̇zədi̇n maşınını sürüyüblər". Yeni Müsavat. 2025-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-07.
  8. ↑ "Sönməz ocağın dühası". 06.01.2025 tarixində arxivləşdirilib.
  9. ↑ "O ağ işıq taleyindən tumardı..." 525-ci qəzet. 24.05.2024 tarixində arxivləşdirilib. Əfşan Məmmədin "Göyçənin tərlanı" kitabında var bu barədə
  10. ↑ Əfşan, Məmməd. Milləti və Dövləti sarsidan 15 gün: (Povest) (az.). Bayramoğlu Nəşriyyatı. 2017.
  11. ↑ "Zirvəyə ucalan yollar". 525-ci qəzet. 07.01.2025 tarixində arxivləşdirilib. "Zirvə" bioqrafik romanının müəllifi yazıçı Məmməd Əfşana açıq məktub
  12. ↑ "Dünyaya gəlməyə ömür tələsdi". sherg.az (az.). 2025-01-06 tarixində arxivləşdirilib. Şair Məmməd Əfşan yeni kitabında Azərbaycanı bir xəritə kimi açır

Xarici keçid

redaktə
  • Məmməd Əfşanın rəsmi veb-saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məmməd_Əfşan&oldid=7988540"
LOVE.AZ