Məmməd Nəcəf oğlu Əhmədov (1 iyul 1907, Ərdəbil – 31 mart 1974, Bakı) — Azərbaycan sovet mühəndisi və kimyaçısı, quyuların yeraltı təmiri üzrə sexin rəisi, Əliheydər Qarayev adına Neft Emalı Zavodunun baş mühəndisi, Stalin mükafatı laureatı.
Məmməd Əhmədov | |
---|---|
![]() | |
Doğum tarixi | 1 iyul 1907(1907-07-01) |
Doğum yeri |
|
Vəfat tarixi | 31 mart 1974(1974-03-31) (66 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | kimya |
İş yeri | Əliheydər Qarayev adına Neft Emalı Zavodu |
Təhsili | Bakı politexnik institutu |
Tanınır | qabaqcıl neft emalı proseslərinin yaradılması ilə |
Mükafatları |
![]() |
![]() |
Bakı politexnik institutunun texnologiya fakültəsini neft və qazın emalı üzrə kimyaçı-texnoloq ixtisası ilə bitirmişdi[1]
Məmməd Əhmədov Bakı zavodlarında qabaqcıl neft emalı proseslərinin yaradılmasında iştirak etmiş mütəxəssislərdən idi[2].
A. Andreyev adına zavodun sex rəisi olan dövrdə Məmməd Əhmədov Böyük Vətən müharibəsi illərində neft emalı prosesləri qurğularının texnoloji təkmilləşdirilməsi üçün işlər görürdü. Məhz onun təklifi əsasında ağır neftlərin emalı şəraitində neft kolonundan qalığın çəkilməsi güncləndirilmişdi. Bu əvvəlki enerjini saxlamaqda kömək edirdi, halbuki qabaq bu güc təxminən 25 fazə qədər düşürdü[3][4].