. Love.az

Memmed Elekberov Bestekar - Wikipedia - Love.az

Ana Səhifə - Memmed Elekberov Bestekar
Bu məqalə silinməyə namizəddir
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin.
Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.

Bu məqalə sonuncu dəfə 21 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Məmməd Ələkbərov (tam adı:Ələkbərov Məmməd Həsənoğlu; 1925, Naxçıvan) — bəstəkar.

Məmməd Ələkbərov
Ümumi məlumatlar
Doğum tarixi 1925
Doğum yeri
  • Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Təhsili
  • 2 Fəaliyyəti
    • 2.1 Əmək və yaradıcılıq fəaliyyəti
  • 3 Təltif və mükafatları
  • 4 Ədəbiyyat
  • 5 Mənbə

Həyatı

redaktə

Ələkbərov Məmməd Həsənoğlu 1925-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.

Təhsili

redaktə

1947–1951-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində kamança ixtisası üzrə təhsil almışdır.

Fəaliyyəti

redaktə

Əmək və yaradıcılıq fəaliyyəti

redaktə

Müxtəlif illərdə Naxçıvan Muxtar Respublikası Radio Verilişləri Komitəsində kamera musiqisi ansamblının rəhbəri, "Araz" Dövlət Mahnı və Rəqs Ansamblının ilk bədii rəhbəri və direktoru, Uşaq musiqi məktəbinin direktoru, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqi Dram Teatrının musiqi rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqın Naxçıvan şöbəsinin məsul katibi işləmişdir. Məmməd Ələkbərov bir sıra teatr tamaşasına musiqi tərtibatı vermişdir. Lirik mahnıların, skripka ilə fortepiano üçün pyeslərin, marş, süita, rəqs və s. əsərlərin müəllifidir. Yallıların və xalq mahnılarının nota salınmasında fəaliyyət göstərmişdir. "Naxçıvan təranələri" (1974) not məcmuəsinin tərtibatçısıdər.

Təltif və mükafatları

redaktə
  • Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi
  • Naxçıvan Muxtar Respublikasının incəsənət xadimi

Ədəbiyyat

redaktə
  • Quliyev N., Naxçıvan musiqi mədəniyyəti tarixindən,Bakı,1999

Mənbə

redaktə
  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 124. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məmməd_Ələkbərov_(bəstəkar)&oldid=8122805"
LOVE.AZ