. Love.az

Memmed Ceferov Emek Qehremani - Wikipedia - Love.az

Ana Səhifə - Memmed Ceferov Emek Qehremani
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Məmməd Cəfərov.

Məmməd Abdulla oğlu Cəfərov (16 dekabr 1926, Şahtaxtı, Naxçıvan MSSR – 13 noyabr 1997, Naxçıvan) — Sosialist əməyi qəhrəmanı (1949).

Məmməd Cəfərov
Doğum tarixi 16 dekabr 1926(1926-12-16)
Doğum yeri
  • Şahtaxtı, Naxçıvan qəzası, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 13 noyabr 1997(1997-11-13) (70 yaşında)
Vəfat yeri
  • Naxçıvan, Naxçıvan Muxtar Respublikası, Azərbaycan
Fəaliyyəti baytar
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1949
"Lenin" ordeni 3-cü dərəcəli "Əmək şöhrəti" ordeni

Həyatı

redaktə

Məmməd Cəfərov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1941–82-ci illərdə keçmiş Naxçıvan rayonundakı "Azərbaycan" kolxozunda briqadir, sonralar sədr, Naxçıvan şəhər inkubator stansiyasında direktor, Şərur rayonundakı 3 saylı tütünçülük sovxozunda direktor və s. vəzifələrdə işləmişdir.[1]

1982-ci ildən Babək rayonundakı Böyükdüz cins düyə yetişdirmə kompleksinin direktoru idi. 1948-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Azərbaycan SSR Ali Sovetinin (3-cü çağırış) deputatı seçilmişdir.[1]

"Əmək şöhrəti" ordeni ilə təltif edilmişdir.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Cəfərov Məmməd Abdulla oğlu // Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 106. ISBN 5-8066-1468-9.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məmməd_Cəfərov_(əmək_qəhrəmanı)&oldid=7342255"
LOVE.AZ