. Love.az

Memmed Qaziyev - Wikipedia - Love.az

Ana Səhifə - Memmed Qaziyev
Tarixçi Məmməd Əmin Qazıyev ilə səhv salmayın.

Məmməd Yaqub oğlu Qazıyev (1921, Gəncə – təq. 2001) — həkim, tibb elmləri doktoru, RSFSR əməkdar həkimi, Azərbaycan SSR sosial təminat naziri (1974–1988).

Məmməd Qazıyev
Azərbaycan SSR sosial təminat naziri
26 noyabr 1974 – 12 dekabr 1988
ƏvvəlkiZüleyxa Seyidməmmədova
SonrakıLidiya Rəsulova
Şəxsi məlumatlar
Doğum tarixi 1921
Doğum yeri
  • Gəncə, Gəncə qəzası, Azərbaycan SSR
Vəfat tarixi təq. 2001
Təhsili
  • Azərbaycan Dövlət Tibb İnstitutu (1941–1946),
  • Birinci Moskva Tibb İnstitutu (1946–)
Fəaliyyəti həkim, siyasətçi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni
RSFSR əməkdar həkimi

Həyatı

redaktə

Məmməd Yaqub oğlu Qazıyev 1921-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi burada bitirdikdən sonra Sovet Ordusunda xidmət etmiş, müharibə iştirakçısı olmuşdur. 1941-ci ildən təhsilini Azərbaycan Dövlət Tibb İnstitutunda davam etdirmiş, burada komsomol komitəsinin katibi seçilmişdir. 1946-cı ildən isə Moskva Dövlət Tibb İnstitutunun aspirantura pilləsində davam etdirmişdir. Tibb elmləri doktoru elmi dərəcəsini almışdır.[1]

Moskvada olduğu dövrlərdə Məmməd Qazıyev SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Soveti Daimi Nümayəndəliyinin işçisi olmuşdur. 1949-cu ildən Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasında (ÜİHİMŞ) bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. 1974-cü ildən Azərbaycan SSR sosial təminat naziri olmuşdur.[2]

Məmməd Qazıyev 1944-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının sədri və IX, X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.[2] "Vətən müharibəsi", "Xalqlar dostluğu", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri ilə təltif edilmiş, "RSFSR əməkdar həkimi" fəxri adına layiq görülmüşdür.[1]

Ailəsi

redaktə

Məmməd Qazıyev Adilə xanımla ailə qurmuşdu. Nailə və Aliyə adlı qızları var.[1] Qızı Aliyə Qazıyeva Heydər Babayevin həyat yoldaşıdır

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Надежда Исмайлова. Святой день Мамеда Казиева // Зеркало (rus). 8 мая 2014. 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-23.
  2. ↑ 1 2 Газыјев Мәммәд Јагубович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 80.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məmməd_Qazıyev&oldid=7763931"
LOVE.AZ