. Love.az

Memmed Bey Qaziyev - Wikipedia - Love.az

Ana Səhifə - Memmed Bey Qaziyev
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Məmməd bəy Lütfəli bəy Qazıyev (1867, İrəvan – 1909) — Azərbaycan müəllimi. Uluxanlı məktəbinin müdiri.

Məmməd bəy Qazıyev
Məmməd bəy Lütfəli bəy Qazıyev
Doğum tarixi 1867
Doğum yeri İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1909
Atası Lütfəli bəy Qazıyev
Təhsili
  • İrəvan Müəllimlər Seminariyası
Fəaliyyəti pedaqoq
Mükafatları 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni (Rusiya imperiyası)

Həyatı

redaktə

1882–1886-cı illərdə İrəvan müəllimlər seminariyasında oxumuşdur.[1] Uluxanlı normal məktəbinə ikinci müəllim təyin olunmuşdur. Xəstəliyinə görə 1887-ci ildə vəzifəsindən azad edilmişdir. 1888-ci ildən Baş Noraşen ikisinifli məktəbinin müdiri kimi fəaliyyət göstərmişdir. Bu məktəbdə o, Cəlil Məmmədquluzadə ilə birlikdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Onların birgə səyi, Baş Noraşen məktəbində müəllimlərin və şagirdlərin iştirakı ilə tamaşa hazırlanıb göstərilmiş, əldə edilən 40 manat vəsait isə yoxsul şagirdlər üçün sərf edilmişdir. Bu nəcib işinə görə Qafqaz Təhsil Dairəsinin rəisi Qazıyevə yazılı təşəkkür vermişdir.

Məmməd bəy 1896-cı ildən ömrünün sonunadək Uluxanlı məktəbində nəzarətçi kimi çalışmışdır. Maarif sahəsindəki xidmətlərinə görə üçüncü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdur.

İstinadlar

redaktə
  1. ↑ Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 163. ISBN 978-9952-5455-010.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məmməd_bəy_Qazıyev&oldid=7852214"
LOVE.AZ