Məmmədcəfərli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Qaravəlilər kənd inzibati ərazi dairəsində kənd.[1] 24 iyun 2005-ci il tarixli 954-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Gədəbəy rayonunun Məmmədcəfərli kəndi Hacılar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qaravəlilər kəndi mərkəz olmaqla, Qaravəlilər kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Məmmədcəfərli | |
---|---|
40°46′ şm. e. 45°24′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Yerli məlumata görə, yaşayış məntəqəsini XVIII əsrdə indiki Tovuz rayonunun Bozalqanlı kəndindən köçüb gəlmiş Mehdi adlı şəxs bina etmişdir. Kənd sonralar onun böyük oğlu Məmmədcəfərin adı ilə adlanmışdır. Oykonim "Məmmədcəfərin nəslindən olanlar, məmmədcəfərgillər" mənasındadır.[3]
Kənd dağətəyi ərazidə yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 422 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Gədəbəy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |