Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Məmmədhüseyn Əliyev (28 aprel 1925, Gürdəsər, Lerik rayonu – 6 iyul 1994) – Azərbaycan yazıçısı, Əməkdar İncəsənət Xadimi, 1960-cı ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü.
Məmmədhüseyn Əliyev | |
---|---|
Məmmədhüseyn Rüstəm oğlu Əliyev | |
![]() | |
Doğum tarixi | 28 aprel 1925(1925-04-28) |
Doğum yeri | |
Vəfat tarixi | 6 iyul 1994(1994-07-06) (69 yaşında) |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | şair, filoloq, jurnalist |
Mükafatları |
![]() |
![]() |
Məmmədhüseyn Rüstəm oğlu Əliyev 28 aprel 1925-ci ildə Lerik rayonun Gürdəsər kəndində ruhani ailəsində anadan olmuşdur. Atası Axund Molla Rüstəm İraqın əl-Nəcəf şəhərində 25 illik ali ruhani təhsili aldıqdan sonrakı təyinatı üzrə Lerik rayonunda şəriət bilicisi və istedadlı bir alim kimi fəaliyyətə başlamış və o taylı, bu taylı Azərbaycanda dinin, təhsilin yayılmasında böyük xidmətlər göstərmişdir. Sovet hökumətinin qurulması ilə əlaqədar olaraq Axund Molla Rüstəm İrana- Ərdəbil şəhərinin Camahiran kəndinə köçür və orada 17 kəndin rəsmi dini xadimi kimi fəaliyyətini davam etdirir. Ondan sonra ailəsi sovet rejimi tərəfindən güclü repressiyaya məruz qalır, təqib olunur, evi, kitabxanası zorla alınaraq məktəbə verilir, əlyazmaları və kitabxanası məhv edilir. Məmmədhüseyn Əliyev 1940-cı ildə orta məktəbi bitir və Azərbaycan Müəllimlər İnstitutunun Lənkəran Pedaqoji Texnikumunda təşkil etdiyi Müəllimlik Kursuna göndərilir. Kursu başa vurduqdan sonra müəllim kimi təyinat alır. 1946–1949-cu illərdə ADPİ–nin tarix-fəlsəfə fakültəsində təhsilini davam etdirir. Çox keçmir ki, mətbuatda "Qail" təxəllüsü ilə tanınmağa başlayır.[1] Bədii yaradıcılıq və jurnalistika sahəsi onu daha çox cəlb etdiyinə görə yenidən ADU-nun filologiya-jurnalistika fakültəsinə qəbul olunur. 1954-cü ildə ADU-nun filologiya-jurnalistika fakültəsini bitirir və pedaqoji fəaliyyətini, həmçinin bədii yaradıcılığını davam etdirir. "Dağlar oğlu", "Dağda bahar", "Torpağın ətri", "Döyüşən illər" romanları və bir çox povest və hekayələri geniş oxucu rəğbəti qazanmışdır. "Prokuror", "Ana fəryadı" və s. pyesləri N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur. Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adına və bir sıra medallara layiq görülmüşdür. 1994-cü il iyulun 6-da vəfat etmişdir.
Ailəli olmuşdur, üç oğlu, üç qızı var.
1954-cü ildə ADU-nun filologiya-jurnalistika fakültəsini bitirdikdən sonra təyinat üzrə Lerik rayonuna müəllimlik fəaliyyətinə başlamış, Lerik rayonunda, Gürdəsər və Şingədulan kəndlərində məktəb direktoru vəzifəsində çalışmışdır. Daim mətbuatda çıxışlar etmişdir. Onun məqalələrində həm elmi təhlillər aparılır, həm də bir vətəndaş mövqeyi duyulurdu. Sonralar müəllifin bu elmi — pedaqoji ümumiləşdirmələri onun əsərlərindəki bədii obrazlarda daha geniş şəkildə öz əksini tapmışdır.
1960-cı ildən Lənkəranda Təngivan, Digah kənd orta məktəblərinin direktoru, Lənkəran Tibb texnikumunda müəllim, Lənkəran Pedaqoji texnikumunda direktor müavini işləmişdir.
1982-ci ildə Azərbaycan Respublikası Yazıçılar İttifaqının Lənkəran Zona Şöbəsinin məsul katibi seçilmişdir, ömrünün sonuna qədər (6 iyul, 1994) bu vəzifədə çalışmışdır.
1959-cu ildən başlayaraq Lənkəran rayon və şəhər deputatları sovetinə mütəmadi olaraq deputat, Azərbaycan Yazıçılar İttifaqının qurultaylarına nümayəndə seçilmişdir.
1980-ci ildə Lənkəran Radio Verilişləri redaksiyasında məsul redaktor olmuşdur. İctimai-siyasi və elmi məzmunlu materiallar hazırlamışdır.
1982-ci ildə Azərbaycan Respublikası Yazıçılar İttifaqının Lənkəran Zona Şöbəsinin məsul katibi seçilmişdir, ömrünün sonuna qədər (6 iyul, 1994) bu vəzifədə çalışmışdır.
1991-ci ildə "Şəfəq" jurnalının və eyniadlı ədəbi məclisinin əsasını qoymuşdur. 1994-cü ilə qədər jurnalın baş redaktoru olmuşdur.
Məmmədhüseyn Əliyev elmi-pedaqoji sahədə, publisistikada istedadlı müəllim, diqqətli və tələbkar jurnalist kimi bir çox əsərlərin müəllifi olmuşdur. Məmmədhüseyn Əliyev, həm də bir çox poemaların, şeir və qəzəllərin müəllifi kimi tanınır. Lakin müəllifin istedadı ən çox onun dram əsərlərində və romanlarında özünü göstərmişdir. Onun romanları xalqın həyat və məişətinin epopeyası, milli şüurunun və fəlsəfi təfəkkürünün inkişaf yoludur. Bu əsərlərin hər birisi bədii filmlərin ssenarisi kimi qədim bir xalqın adət və ənənələrini, həyat tərzini, məişətini, sevgi və nifrətini, düşüncə tərzini açıq bir şəkildə göz önünə gətirərək bütöv bir təsəvvür yaradır.
1988-ci ildə Məmmədhüseyn Əliyev İraqın "Əl-əhram" qəzetində dərc edilmiş " Ey ana Bağdad!" şerinə görə Ərəb ölkələri poeziya festivalının mükafatına layiq görülmüşdür.
1992-ci ildə Məmmədhüseyn Əliyev Azərbaycan Respublikasının "Əməkdar İncəsənət Xadimi" adına layiq görülmüşdür.