. Love.az

Memmedhesen Efendizade - Wikipedia - Love.az

Ana Səhifə - Memmedhesen Efendizade

Məmmədhəsən Əfəndizadə (2 fevral 1872, Şamaxı – 1 may 1918, Əniq, Hil rayonu) — Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, pedaqoq.

Məmmədhəsən Əfəndizadə
Doğum tarixi 2 fevral 1872(1872-02-02)
Doğum yeri
  • Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1 may 1918(1918-05-01) (46 yaşında)
Vəfat yeri
  • Əniq, Hil rayonu, Azərbaycan SSR
Təhsili
  • Zaqafqaziya Müəllimlər Seminariyası
Fəaliyyəti pedaqoq

Həyatı

redaktə

Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində təhsil alıb. Süleyman Sani Axundovla bərabər oxuyub.[1] (1888). Əvvəlcə Bakı quberniyasının Lahıc kəndində (1893 ilədək), sonra Bakıda müəllimlik etmişdir

Lahıcda işləyərkən Əfəndizadə Azərbaycan xalqının adət-ənənələri, etiqadları və s. haqqında zəngin material toplamışdır. Həmin materialları "Sbornik materialov dlya opisaniya mestnostey i plemyon Kavkaza" məcmuəsində, "Həyat", "Dəbistan", "İrşad" "Kavkaz" qəzet və jurnallarında çap etdirmişdir. Ərəb və fars dillərindən tərcümələri də var. "Dəbistan" jurnalının redaktoru olmuşdur.

Mənbə

redaktə
  • ASE, IV cild, Bakı,1980, s.245

İstinadlar

redaktə
  1. ↑ Nadir Vəlixanov, Süleyman Sani Axundov (Elmi bioqrafiya). Bakı, "Elm", 1996, səh. 39.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məmmədhəsən_Əfəndizadə&oldid=8061519"
LOVE.AZ