. Love.az

Memmedqulu Memmedov - Wikipedia - Love.az

Ana Səhifə - Memmedqulu Memmedov

Məmmədqulu Məmmədəli oğlu Məmmədov (1897, Qoçəhmədli, Cəbrayıl qəzası – 1958, Qoçəhmədli, Qaryagin rayonu) — dövlət xadimi, inqilabçı.

Məmmədqulu Məmmədov
Məmmədqulu Məmmədəli oğlu Məmmədov
Doğum tarixi 1897
Doğum yeri Qoçəhmədli, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1958
Vəfat yeri Qoçəhmədli, Qaryagin rayonu, Azərbaycan SSR, SSRİ
Mükafatları "Lenin" ordeni

Mündəricat

  • 1 Həyatı
  • 2 Mənbə
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Həyatı

redaktə

Məmmədqulu Məmmədalı oğlu 1897-ci ildə Cəbrayıl qəzasının Qoçəhmədli kəndində dünyaya göz açmışdı. Qarğabazar kənd məktəbini bitirmişdi.1914-cü ildən Bakıda Balaxanı və Zabrat nеft mədənlərində işləmiş, inqilabı hərakata qoşulmuşdu.1918–1920-ci illərdə Qoçəhmədli kəndində qırmızı partizan dəstəsində əksinqilabi qüvvələrə qarşı mübarizə aparmışdı. Sovеt dönəmində Cəbrayıl qəza milis şöbəsində məsul vəzifələrdə işləmiş, Qaryagin, Ağdam, Cəbrayıl və başqa rayonlarda banditlərə qarşı vuruşmalarda iştirak еtmişdi.

Məmmədqulu Məmmədov Qaryagin rayonunda koopеrativlər ittifaqında şöbə müdiri, kolxoz sədri, kommunal təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışmışdı.

Məmmədqulu Məmmədov Lеnin ordеni, "Şərəf nişanı" ordеni və mеdallarla təltif еdilmişdi. Məmmədqulu Məmmədov 1958-ci ildə vəfat еdib.

Soyağacı

  • Qardaşı oğlu: Murad Məmmədov

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Qoçəhmədli kəndi, Bakı, "Şuşa", 2011.

Həmçinin bax

redaktə
  • Qoçəhmədli

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məmmədqulu_Məmmədov&oldid=6240628"
LOVE.AZ