Məmmədrza Abdulla oğlu Afiyət Mərəndi (22 yanvar 1926, Qazax – 24 aprel 2011, Bakı) — Azərbaycan yazıçısı, jurnalist, tərcüməçi, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü və "Azərbaycan" qəzetinin redaktoru.
Məmmədrza Afiyət Mərəndi | |
---|---|
Məmmədrza Abdulla oğlu Afiyət Mərəndi | |
![]() | |
Doğum tarixi | 22 yanvar 1926(1926-01-22) |
Doğum yeri | |
Vəfat tarixi | 24 aprel 2011(2011-04-24) (85 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, tərcüməçi |
Məmmədrza Abdulla oğlu Afiyət 1926-cı il yanvarın 22-də Azərbaycanın Qazax rayonunda anadan olub.[1][2] 1932-ci ildə ailəsi ilə birlikdə Təbrizə köçüblər. Orta məktəbi Təbrizdə bitirib.[2] 21 Azər hərəkatında iştirak edib. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra təhsil almaq üçün Bakıya gönərilib.[2] Burada Bakı hərbi piyada məktəbində təhsil alıb.[2] Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Bakıya qayıdıb.[3] Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Təbrizdə fəaliyyət göstərən "Şairlər və yazıçılar cəmiyyəti" 1947-ci ildən etibarən Bakıda, "Azərbaycan Yazıçılar Cəmiyyəti" adı ilə fəaliyyət göstərməyə başlayıb.[4] Məmmədrza Afiyət Mərəndi də bu cəmiyyətin üzvü olub.[4] Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.[5] 30 ilə yaxın Azərbaycan Demokrat Firqəsinin mətbu orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsini icra edib.[3]
Jurnalistika ilə yanaşı yazıçılıqla da məşğul olub.[6] Bir müddət Mərənddə yaşadığı üçün özünə "Mərəndi" ləqəbini götürüb.[7] Azərbaycan Yazıçılar İttifaqının üzvü olub. Onun müxtəlif vaxtlarda "Səttərxan", "Ürəkdə işıq", "Atamı istəyirəm" adlı kitabları nəşr edilib. Səməd Behrənginin "Balaca qara balıq", "Çuğundur satan oğlan", "Məhəbbət nağılı" kimi hekəyləini fars dilindən Azərbaycan dilinə tərcümə edib.[3]