. Love.az

Menevi Deyerlerin Tebligi Fondu - Wikipedia - Love.az

Ana Səhifə - Menevi Deyerlerin Tebligi Fondu
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur.
Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz.

Mənəvi Dəyərlərin Təbliği Fondu — Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan və Azərbaycan Respublikasında mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir[1].

Mənəvi Dəyərlərin Təbliği Fondu
  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu
(MDTF)
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 10 oktyabr 2017
Tabelik Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Ünvan Azərbaycan, Bakı şəhəri
Rəhbərlik
Rəhbər Vüsal Göyüşov
Müavin Ceyhun Əliyev, Hatəm Gülməmmədov

Rəsmi saytı mdtf.az

Mündəricat

  • 1 Tarixi
  • 2 Maliyyələşməsi
  • 3 Direktorları
  • 4 İstinadlar

Tarixi

redaktə
 
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatı

Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmışdır[1]. Elə həmin fərmanla "Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi" təsdiq edilmişdir[2].

Maliyyələşməsi

redaktə

Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə etdiyi gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitlərdən formalaşır[2].

Fondun nizamnamə kapitalı 100 000 manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır[1].

Fondun saxlanması və fəaliyyətinin təmin edilməsi Fondun əmlakı hesabına[2] – dövlət büdcəsindən ayrılan vəsait, habelə kreditlər, qrantlar və texniki yardımlar, fiziki və hüquqi şəxslərin ianələri və qanuna uyğun əldə etdiyi digər vəsaitlər hesabına həyata keçirilir[1].

Direktorları

redaktə
  • Mehman İsmayılov — 22.12.2017 — 05.07.2024
  • Vüsal Göyüşov — 05.07.2024 — ...

İstinadlar

redaktə
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. ↑ 1 2 3 4 Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Arxivləşdirilib 2018-03-30 at the Wayback Machine. president.az, 10.10.2017 (az.)
  2. ↑ 1 2 3 Mənəvi Dəyərlərin Təbliği Fondunun NİZAMNAMƏSİ Arxivləşdirilib 2021-03-02 at the Wayback Machine. president.az, 10.10.2017 (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mənəvi_Dəyərlərin_Təbliği_Fondu&oldid=7865335"
LOVE.AZ