. Love.az

Mensur Vekilov - Wikipedia - Love.az

Ana Səhifə - Mensur Vekilov

Mənsur Vəkilov (7 sentyabr 1935, Bakı, Azərbaycan SSR, SSRİ – 21 oktyabr 2008, Bakı) — şair, tərcüməçi, ssenarist, jurnalist. Əməkdar incəsənət xadimi (2003), "Literaturnıy Azerbaydjan" jurnalının baş redaktoru.

Mənsur Vəkilov
Doğum tarixi 7 sentyabr 1935(1935-09-07)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 21 oktyabr 2008(2008-10-21) (73 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • II Fəxri Xiyaban
Həyat yoldaşı
  • İradə Vəkilova
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti şair, yazıçı
Əsərlərinin dili rus dili
Mükafatları "Şərəf nişanı" ordeni
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi

Görkəmli səhiyyə təşkilatçısı Fəxri Vəkilovun oğlu, ADR Parlamentinin üzvü, Azərbaycanda səhiyyənin ilk təşkilatçılarından biri olan Məmmədrza ağa Vəkilovun nəvəsi.

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Mükafatları
  • 4 Əsərləri
  • 5 Mənbə
  • 6 Həmçinin bax
  • 7 Filmoqrafiya
  • 8 İstinadlar

Həyatı

redaktə

1939-cu ildə Bakıda ziyalı ailəsində ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin bitirmişdir. 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin orqanı olan "Литературный Азербайджан" jurnalında çalışmış,ədəbi işçidən Baş redaktora kimi böyük bir yol keçmişdir. Azərbaycan ədəbiyyatının rus dilində təbliği kimi mühüm işin başında duranlardan biri, Azərbaycan yazıçılar birliyinin katibi olmuşdur. Onun qələmindən çıxan nəzm nümunələri Ukrayna, gürcü, latış və digər xalqların dillərinə tərcümə olunmuşdur. Onun şeirlərini rus dilindən doğma dilimizə S.Məmmədzadə,N.Həsənzadə,F.Qoca, Ə.Muxtar, Ç. Əlioğlu tərcümə etmişlər.

Mənsur Vəkilov böyük tərcüməçilik fəaliyyətilə məşğul olmuş Səməd Vurğun, Hüseyn Arif, Vaqif Səmədoğlu, Əbülhəsən, Bəxtiyar Vahabzadə, Əli Kərim, Fikrət Qoca, Sabir Əhmədov, Vaqif Musa, Əkrəm Əylisli, Çingiz Əlioğlunun bir sıra şer və əsərlərini rus dilində səsləndirilmişdi.

Mənsur Vəkilov öz vətənində geniş oxucu kütləsi üçün müəyyən dərəcədə yad dildə – rusca yazıb, yaratsa da , öz dədə-baba yurdunun mənəvi örnəklərinə qırılmaz tellərlə bağlı, VARİSLİK DUYĞUSUNUN ÇOX GÜCLÜ OLDUĞU BİR SƏNƏTKARDIR. ONUN YARADICILIĞI BARƏDƏ ƏDƏBİ TƏNQİDİN FİKRİ BELƏDİR: o, sözün,sənətin qədrini bilən, şairlik adını uca tutan bir şəxsdir. Yazdıqları hay-küydən uzaq, təmkinli, həyalı poetik nümunədir.

2009-cu ildə Bakıda vəfat etmişdir.

Ailəsi

redaktə

Mənsurun Vəkilovun xanımı İradə Vəkilova (1935-1998) görkəmli jurnalist, "Bakinski raboçi" qəzetinin baş redaktoru idi. Onun da qələmindən bir sıra əsərlər çıxmışdır. Iradə xanım Bakıda 2-ci Fəxri Xiyabanda dəfn olunmuşdur. İki övladı vardır: Məmmədrza (1964) və Rəna (1971).

Mükafatları

redaktə
  • "Əməkdar incəsənət xadimi" — 27.01.2003[1]

"Şərəf nişanı" ordeni və "Azərbaycan SSR Ali Soveti Rəyasər Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.

Əsərləri

redaktə

Rus dilində: Serlər (1970), Avar səsi (1970), Son etiraf (1977), Qarçıdan atılan güllə (1980), Lirika (2002);

Azərbaycan dilində: Payız uçuşu (1983).

Mənbə

redaktə
  • İsmayıl Umudlu. Vəkiloğulları, Bakı, "QAPP-poliqraf" nəşriyyatı, 2003, səh.390-391, 536 səh.

Həmçinin bax

redaktə
  • Məmmədrza ağa Vəkilov
  • Fəxri Vəkilov
  • Mustafa bəy Vəkilov
  • Rəhim bəy Vəkilov
  • Mədinə Qiyasbəyli (Vəkilova)
  • Mehdixan Vəkilov
  • Səməd Vurğun
  • Yusif Səmədoğlu
  • Vaqif Səmədoğlu
  • Aybəniz Vəkilova
  • Cavanşir Vəkilov

Filmoqrafiya

redaktə
  1. Anın quruluşu (film, 1980)(tammetrajlı bədii film)-mahnı mətninin müəllifi
  2. Bağlı qapı (film, 1981)
  3. Ötən ilin son gecəsi (film, 1983)

İstinadlar

redaktə
  1. ↑ ""Azərbaycan" və "Literaturnıy Azerbaydjan" jurnallarının əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2003-cü il tarixli, 846 nömrəli Fərmanı". e-qanun.az. 27 yanvar 2003-cü il. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2016.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mənsur_Vəkilov&oldid=8078837"
LOVE.AZ