Məqatilut-talibin Əbu əl-Fərəc əl-İsfahani (vəfatı 356 h.q. ) kimi tanınan Əli ibn əl-Hüseyn ibn Məhəmməd tərəfindən yazılmış kitabdır. Kitab Əbu Talibin ailəsindən, yəni Cəfər, Əqil və İmam Əlinin övladlarından qətlə yetirilənlərin xəbərlərindən bəhs edir.
Bu kitab Əbu Talib ailəsinin tərcümeyi-halı və taleyindən bəhs edən ən mühüm tarixi mənbələrdən biri hesab olunur. Müəllif kitaba Əməvi və Abbasi dövlətlərinə qarşı inqilablarda həlak olmuş Cəfər ibn Əbi Talib, Əli ibn Əbi Talib və Əqil ibn Əbi Talibin oğullarından 500-ə yaxın şəhid xəbərini daxil etmişdir.Adından da göründüyü kimi, bu kitab qətlə yetirilən talibilər barəsindədir. Müəllifin də qeyd etdiyi kimi o, Əbu Talib övladları haqqında deyilənləri yığcamlaşdırılmış şəkildə kitabında yazmışdır. Müəllif şəxsləri qətl illərinin tarixi tərtibinə uyğun yazmışdır.[1]
Kitab 2 bölmədən ibarətdir:
Kitabda Ali Əbu Talib şəhidlərinin həyat və qətlləri araşdırıldığına görə burada şiələrin şəhid olmuş imamları, rəhbərləri və böyüklərinin həyatı haqqında da geniş məlumatlar verilmişdir. Bu baxımdan kitabın hər bölməsindən şiəlik tarixinin bir hissəsini əldə etmək mümkündür. Kitabın çox hissəsi şiəliyin siyasi tarixini əhatə edir.[2]