Məryəm Şeyxəlizadəxangah (18 iyul 2004[1], Tehran[2]) — Azərbaycanı təmsil edən üzgüçü.[3]
Məryəm Şeyxəlizadəxangah | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Tam adı | Məryəm Şeyxəlizadəxangah |
Vətəndaşlığı |
![]() ![]() |
Doğum tarixi | (20 yaş) |
Doğum yeri | Tehran, İran |
Boyu | 182 sm. (5 ft 6 in) |
İdman növü | Üzgüçülük |
![]() |
Məryəm Şeyxəlizadəxangah 2015-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edib və beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edib. Karyerası ərzində bir sıra beynəlxalq turnirlərdə medallara sahib olub.
Məryəm Şeyxəlizadəxangah Azərbaycanı 2021-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil edib.[4] Nəticədə 100 metr məsafəyə batterflay üsulu ilə üzmə turnirində çıxış edən Məryəm Şeyxəlizadəxangah təsnifat mərhələsinin D qrupunda 1:00.36 dəqiqə nəticə göstərdi.[4][5] Bu nəticələrə əsasən Məryəm Şeyxəlizadəxangah ümumi nəticədə olimpiadanı 30-cu pillədə başa vurdu.[4][5]
Məryəm Şeyxəlizadəxangah 2022-ci ildə Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunlarında bir gümüş və bir bürünc medala sahib olub.
Şeyxəlizadəxangah 2024-cü ilin iyununda Belqrad şəhərində (Serbiya) baş tutan Avropa Çempionatının nəticələrinə əsasən lisenziyaya sahib oldu.[6][7]