. Love.az

Meryem Seferova - Wikipedia - Love.az

Ana Səhifə - Meryem Seferova

Məryəm Səfərova (d. 3 iyul 2004; Bakı, Azərbaycan) — Azərbaycanlı bədii gimnast. O, Eleonora Yusifova, Nərminə Səmədova və Nəzrin Cəfərzadə ilə birgə, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin baş qəhrəmanı olan Mina obrazını canlandırıb.

Məryəm Səfərova
Şəxsi məlumatlar
Tam adı Məryəm Səfərova
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 3 iyul 2004 (20 yaş)
Doğum yeri Bakı, Azərbaycan
İdman növü Bədii gimnastika

Mündəricat

  • 1 Həyatı
  • 2 Karyerası
    • 2.1 IV İslam Həmrəyliyi Oyunları
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Həyatı

redaktə

Məryəm Səfərova 2004-cü il 3 iyulda anadan olub.

Karyerası

redaktə

Məryəm Səfərova 2009-cu ildən etibarən bədii gimnastika ilə məşğul olur.

Məryəm Səfərova beynəlxalq səviyyədə birinci uğurunu 2015-ci ildə qazandı. Məryəm Səfərova, Macarıstanın paytaxtı Budapeşt şəhərində baş tutan yarışda, qızıl medala layiq görüldü.

Elə həmin ildə o, Bolqarıstanın Plovdiv şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı və yenə, yarışların qızıl medalına layiq görüldü.

2015-ci ildə isə Məryəm Səfərova Bakı Çempionatında da qızıl medala sahib oldu.

IV İslam Həmrəyliyi Oyunları

redaktə

Məryəm Səfərova 2017-ci il 12 mayda Bakı Olimpiya Stadionunda baş tutan IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində, Eleonora Yusifova, Nərminə Səmədova və Nəzrin Cəfərzadə ilə birgə, Mina obrazınının canlandırdı.

Həmçinin bax

redaktə
  • Eleonora Yusifova
  • Nərminə Səmədova
  • Nəzrin Cəfərzadə

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məryəm_Səfərova&oldid=7071147"
LOVE.AZ