. Love.az

Mesim Memmedov - Wikipedia - Love.az

Ana Səhifə - Mesim Memmedov

Məsim Əhməd oğlu Məmmədov (10 aprel 1965, Bakı, Azərbaycan) — Azərbaycan dövlət xadimi, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi (28 mart 2023-cü ildən)

Məsim Məmmədov
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi.
Vəzifədədir
28 mart 2023-cü ildən
Şəxsi məlumatlar
Doğum tarixi 10 aprel 1965 (60 yaş)
Doğum yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili

Azərbaycan Dövlət Neft və Kimya İnstitutu

Paris Sorbon Universiteti

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Təhsili:
    • 1.2 Ailəsi:
  • 2 Əmək fəaliyyəti
  • 3 İstinadlar

Həyatı

redaktə

Məsim Məmmədov 1965-ci il aprelin 10-da Bakı şəhərində anadan olmuşdur.

Təhsili:

redaktə
  • 1982-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda təhsil almış, oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmişdir.
  • 1989–1991-ci illərdə İnstitutun məlumat-ölçmə və hesablama texnikası kafedrasının mühəndisi olmuşdur
  • 2006-cı ildə isə Paris Sorbon Universitetində siyasi elmlər üzrə magistr dərəcəsini almışdır.

Azərbaycan, rus, ingilis, fransız dillərini mükəmməl səviyyədə bilir.

Ailəsi:

redaktə

Ailəlidir, iki övladı vardır.

Əmək fəaliyyəti

redaktə
  • 1991–1999-cu illər – Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində xidmət etmişdir.
  • 1999–2006-cı illər – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 1-ci katib və müşavir vəzifələrində çalışmışdır.
  • 1999-cu il – ATƏT-in Kosovodakı müşahidə missiyasında çalışmışdır.
  • 2001–2006-cı illər – Azərbaycan Respublikasının Fransadakı səfirliyində fəaliyyət göstərmişdir.
  • 2010–2022-ci illər – Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışmışdır.
  • 2022-ci ilin dekabr ayından 2023-cü ilin mart ayınadək – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin tərəfindən yaradılmış Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarını araşdıran monitorinq qrupun rəhbəri olmuşdur.
  • 28 mart 2023-cü ildə – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdir.[1][2]
  • 14 mart 2024-cü ildə – Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Məsim Məmmədov Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin olunumuşdur.

İstinadlar

redaktə
  1. ↑ "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-24.
  2. ↑ "Prezidentin Laçına xüsusi nümayəndəsi təyin edildi". Qafqazinfo (az.). 2023-03-28. 2024-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-24.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məsim_Məmmədov&oldid=8026113"
LOVE.AZ