Məsudi Dövran (Məsud Əliağa oğlu Məmmədov; 27 iyul 1937, Şahağac, Astara rayonu) — Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Özbəkistan Xalq Maarif əlaçısı.[1]
Məsudi Dövran | |
---|---|
Digər adı | Məsud Əliağa oğlu Məmmədov |
Doğum tarixi | 27 iyul 1937(1937-07-27) (87 yaş) |
Doğum yeri | |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili |
|
Üzvlüyü |
Məsud Əliağa oğlu Məmmədov 27 iyul 1937-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olmuşdur.[2] 1954-cü ildə Astara rayonunun Şiyəkəran kənd orta məktəbini bitirmiş və 1958-ci ilə qədər Şahağac kənd məktəbində "Pioner baş dəstə rəhbəri" vəzifəsində çalışmışdır. 1958–1962-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1962–1967-ci illərdə M. F. Axundov adına Azərbaycan Pedoqoji Dillər İnistitutunun "Rus dili və ədəbiyyatı" fakültəsində təhsil almış və inistitutu bitirdikdən sonra AMEA-nın Nəsimi adına Dilçilik İnistitutunun "İran və Qafqaz" dilləri şöbəsində kiçik elmi işçi vəzifəsini daşımışdır.
Məsud Əliağa oğlu Məmmədov 1973-cü ildə elm aləminə məlum olmayan "Xələc dili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1975–1994-cü illərdə Özbəkistan Respublikasının Gülüstan Dövlət Universitetində baş müəllim vəzifəsində fəaliyyətə başlayan Məsud Əliağa oğlu Məmmədov sonralar "Rus dili" kafedrasının müdiri, "Rus dili və Ədəbiyyatı" fakültəsinin dekanı və artıq 1987–1992-ci illərdə Tədris işləri üzrə prorektor vəzifəsinə qədər yüksəlmişdir. O, 1984-cü ildə doktorluq dissertasitasını müdafiə etmişdir. 1985-ci ildən professordur.
Məsud Əliağa oğlu Məmmədov 1992–1994-cü illərdə Qazaxıstanın Çimkənd vilayətinin Türkistan şəhərində təşkil olunmuş Türk–Qazax Beynəlxalq Universitetinə dəvət olunmuş və "Türk dili"kafedrasının müdiri vəzifəsində çalışmışdır.
O, 1994-cü ildən Lənkəran Dövlət Universitetində çalışır. 300-ə yaxın elmi məqalə, 5 monoqrafiya, 6 şeirlər kitabının müəllifidir.
O bir neçə dil bilir və rus, özbək, talış və doğma dilində şeirlər yazır.
Məsudi Dövran ailəlidir, iki oğlu, bir qızı, 6 nəvəsi var. Milliyətcə Azərbaycanlı — Qacar nəslindəndir.