. Love.az

Mesum Bey Qayibov - Wikipedia - Love.az

Ana Səhifə - Mesum Bey Qayibov

Məsum bəy Qayıbov və ya Nikolay Dmitrieviç Qayibov (19 aprel 1864, Şuşa – 20 oktyabr 1915, Tiflis) — məşhur Qayıbovlar nəslinə mənsub olan hərbçi. Çar ordusunda xidmət etmiş və general-mayor rütbəsinə qədər yüksəlmişdir.[1]

Məsum bəy Qayıbov
Məsum bəy Mirzə Məhəmmədqulu bəy oğlu Qayıbov
Şəxsi məlumatlar
Doğum tarixi 19 aprel 1864(1864-04-19)
Doğum yeri
  • Şuşa, Şuşa qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 20 oktyabr 1915(1915-10-20) (51 yaşında)
Vəfat yeri
  • Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası
Vətəndaşlığı
  •  Rusiya imperiyası
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Rütbəsi general-mayor
Təltifləri 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni (Rusiya imperiyası) 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni (Rusiya imperiyası) 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni (Rusiya imperiyası) 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni (Rusiya imperiyası)

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Mükafatları
  • 4 Həmçinin bax
  • 5 İstinadlar
  • 6 Mənbə
  • 7 Xarici keçidlər

Həyatı

redaktə

Məsum bəy Mirzə Məhəmmədqulu bəy oğlu Qayıbov 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Bakı real məktəbini bitirəndən sonra orduda xidmət eetməyə başlamışdı. 1 sentyabr 1881-ci ildə siravı kadet kimi orduda xidmət etməyə başlayan Məsum bəyin ilk xidmət bölüyü II Konstantinovski Hərbi Məktəbi olmuşdur. 12 avqust 1883-cü ildə podporuçik rütbəsi ilə bu məktəbi bitirmiş və XIV Gürcüstan Qrenadir Alayında xidmət etməyə başlamışdır. 12 avqust 1887-ci ildən 28 aprel 1893-cü ilə qədər Leytenant rütbəsi ilə Mirzə Məsum bəy Qayıbov Qafqaz Hərbi Dairəsində xidmət etmişdir. 28 aprel 1893-cü ildən 19 may 1899-cu ilə qədər o, bölgə qərərgahında xidmət etmiş, 4 iyun 1895-ci ildə ştabs kapitan rütbəsinə yüksəlmişdir.[2][1]

19 may 1899-cu ildə o, bölgə qərərgah komandanı adyunatının köməkçisi təyin edilmiş, 6 dekabr 1899-cu ildə kapitan rütbəsinə yüksəldilmişdir. 4 dekabr 1903-cü ildə isə, bölgə qərərgah komandanının əsas adyutantı təyin edilmiş, 26 fevral 1904-cü ildə polkovnik-leytenant rütbəsinə yüksəldildikdən sonra Qafqaz Hərbi Dairəsinə ali adyutant vəzifəsinə təyin edilmişdir. 1907-ci ilin 6 dekabrında polkovnik rütbəsinə yüksəlmişdir.[3][4]

13 mart 1909-cu ildə polkovnik Qayıbov Terek bölgəsindəki Kazakların komandanının köməkçisi vəzifəsinə göndərilmiş, 6 dekabr 1913-cü ildə general-mayor vəzifəsinə yüksəlmişdir. Bu ali rütbəyə layiq görülməsinin səbəbi xidmətdə fərqlənmə olmuşdur.[5]

15 avqust 1915-ci ildə xəstəliyə görə xidmətdən ayrılmış, elə həmin ildə yaşadığı Tiflis şəhərində vəfa etmişdir.[1]

Ailəsi

redaktə

Məsum bəy İrina xanımla ailə qurmuş və Pravoslavlığı qəbul etmişdi. Bundan sonra adını dəyişdirərək Nikolay Dmitrieviç Qayibov etmişdi. Boris bəy, Mixail (Mahmud adını qəbul edib) bəy adlı oğlanları vardı.[1]

Mükafatları

redaktə
  •   — II dərəcəli "Müqəddəs Stanislav" ordeni (1906)
  •   — II dərəcəli "Müqəddəs Anna" ordeni (1911)
  •   — III dərəcəli "Müqəddəs Vladimir" ordeni (1914)

Həmçinin bax

redaktə
  • Qayıbovlar
  • Mirzə Məmmədqulu Təbib

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Çingizoğlu, 2005
  2. ↑ Кавказский календарь на 1893 год. — Тифлис, 1892, s. 309
  3. ↑ Список полковникам по старшинству. Часть I, II и III. Составлен по 1-е марта 1911 г. — Санкт-Петербург, 1911. s. 725
  4. ↑ Çingizoğlu, 2005. səh. 27
  5. ↑ Список генералам по старшинству. Составлен по 15-е Апреля 1914 года. — Пг., 1914, s. 912

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu. Məhəmmədxan ağanın törəmələri (Qayıbovlar). Bakı: Soy. 2005.

Xarici keçidlər

redaktə
  • Müctəhidin xristian nəvəsi: General Nikolay Nikolayeviç Qayıbov — ARAŞDIRMA Arxivləşdirilib 2019-06-13 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Məsum_bəy_Qayıbov&oldid=8110229"
LOVE.AZ