Mətanət Ağazair qızı Atakişiyeva (16 may 1962, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikanın Əməkdar artisti (2002).
Mətanət Atakişiyeva | |
---|---|
Mətanət Ağazair qızı Atakişiyeva | |
Doğum tarixi | 16 may 1962(1962-05-16) (62 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | teatr aktrisası, kino aktrisası |
Fəaliyyət illəri | |
Təhsili | |
Teatr | Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı |
Mükafatları |
![]() ![]() |
Mətanət Atakişiyeva 16 may 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Həmin ildən də Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Bu teatrın səhnəsində çox sayda tamaşada rol almışdır. Bundan başqa aktrisa bir neçə teletamaşada və filmdə çəkilmişdir.
M. Atakişiyeva 2002-ci ildə Azərbaycan Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 2013-cü ilin mayında teatr sahəsindəki xidmətlərinə görə "Humay" milli mükafatını almışdır.[1] 6 may 2015-ci ildə[2], 6 may 2016-cı ildə[3], 1 may 2017-ci ildə[4], 9 may 2018-ci ildə[5], 10 may 2022-ci ildə[6], 6 may 2023-cü ildə[7] və 9 may 2024-cü ildə[8] Prezident Mükafatına layiq görülmüşdür.