Mətləb Ağa — Azərbaycanlı yazıçı–şair[7][8][9], bəstəkar[10] və hüquqşünas. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997-h.h.)
Mətləb Ağa | |
---|---|
Mətləb Rəfail oğlu Ağayev | |
Təxəllüsü | Ağa |
Doğum tarixi | (50 yaş) |
Doğum yeri | Beştalı, Salyan rayonu, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Bakı Dövlət Universiteti |
İxtisası | Hüquqşünas |
Fəaliyyəti | yazıçı–şair[1][2], yazıçı[3], bəstəkar, hüquqşünas |
Fəaliyyət illəri | 1997—h.h. |
Əsərlərinin dili | Azərbaycanca |
Janrlar | Poeziya[4], proza |
Üzvlüyü | Azərbaycan Yazıçılar Birliyi[5] |
Mükafatları |
Azərbaycan Respublikası Baş Prokurorluğunun şöbə prokurorudur. Ədliyyə müşaviri xüsusi rütbəsindədir.
Əli bəy Hüseynzadə mükafatı laureatıdır.[11][12]
Ağayev Mətləb Rəfail oğlu 23 yanvar 1975-ci ildə Salyan rayonunun Beşdəli kəndində anadan olub.[13]
1997-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.[13]
1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür. AYB-nin elə həmin ildəki X[14] və 2014-cü ildəki XII qurultayının iştirakçısı olub.[15][16]
2014-cü ildə "AzVision" saytının Azərbaycanın ədəbiyyat nümayəndələri arasında keçirdiyi sorğuya əsasən Müstəqillik dövrünün ən yaxşı şairlərindən biri kimi qeyd edilib.[17]
2016-cı ildə "Sözün işığı" jurnalının təsis etdiyi mükafata layiq görülüb.[18]
2017-ci ildə şeir və esselərinə görə AYB və "Ədəbiyyat qəzeti"nin təsis etdiyi "Əli bəy Hüseynzadə" mükafatı ilə təltif edilib.[19][20]
Mətləb Ağanın yazıb bəstələdiyi, azərbaycanlı müğənni, Azərbaycanın əməkdar artisti Zakir Əliyevin ifa etdiyi "Məhəbbət nəğməsi" mahnısına 2022-ci ilin dekabrında klip çəkilib.[21]
2023-cü ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi “Ədəbiyyatda Cənubi Azərbaycan görüşləri adlı tədbirlərin təşkili” layihəsi əsasında nəşr olunan “Çağdaş bütöv Azərbaycan” adlı poeziya antologiyasında[22] şeirləri yayımlanıb.
"11-ə qədər"[23][24][25][26], "Yüzdə səksən"[27][28][29], "İnsanlıq üçün 41 variasiya"[30][31], "Gələcək haqqında xatirələr"[32][33][34][35] adlı kitabların müəllifidir.
Şeirləri, esseləri və digər yazıları "Gənclik", "Ulduz"[36][37], "Azərbaycan", "Qobustan", "Xəzər", "Multikulturalizm"[38][39][40] və digər jurnallarda, "Ədəbiyyat qəzeti", "Yol", "525-ci qəzet"[41], "Ədalət"[42], "Kaspi"[43], "Palitra", "Gündəlik Teleqraf" və s. qəzetlərdə, çoxsaylı internet saytlarında[44], Azərbaycanca, gürcü, qazax, türk dillərində almanaxlarda nəşr edilib.[45][46][47]
Bir çox mahnı mətnləri və mahnıları var.[48][49] Azərbaycan və ingilis dillərini bilir. Ailəlidir. 2 övlad atasıdır; 1 qızı, 1 oğlu var.