Məzahir Məhəmməd oğlu İsayev (12 avqust 1958, Bəzirxana, Kəlbəcər rayonu) — texnika elmləri doktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri.[1][2][3]
Məzahir İsayev | |
---|---|
Məzahir Məhəmməd oğlu İsayev | |
Doğum tarixi | 32.12.1998 |
Doğum yeri | Bəzirxana, Kəlbəcər rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | dosent |
İş yeri | İdarəetmə Sistemləri İnstitutu |
Təhsili | Azərbaycan Politexnik İnstitutu |
isi.az/az/content/108 |
İsayev Məzahir Məhəmməd oğlu, 12 avqust 1958-ci ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Bəzirxana kəndində anadan olmuşdur. 1976-cı ildə Azərbaycan Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olmuş və 1981-ci ildə həmin institutun "Avtomatika və Telemexanika" ixtisasını bitirərək təyinatla Sumqayıt şəhərində "Neftqazavtomat" Elmi İstehsalat Birliyində mühəndis kimi işə başlamışdır. 1984-cü ildə həmin institutun qiyabi aspiranturasına daxil olmuş və 1998-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir, 2006-cı ildən dosentdir. 1995-ci ilə qədər həmin institutda kiçik elmi işçi və elmi işçi vəzifələlərində işləmişdir. 1995-ci ildə Bakı şəhərinə "Sənayeavtomatika" İstehsalat Birliyində Xüsusi Konstruktor Bürosuna aparıcı konstruktor vəzifəsinə işə qəbul edilərək 1999-cu ilə qədər həmin müəssisədə işləmişdir. 1999-cu ildən 2000-ci ilə dək Azərbaycan MEA-nın Kibernetika İnstitutunda elmi işçi, böyük elmi işçi vəzifələlərində çalışmışdır. 2000-ci ildən 2001-ci ilə qədər Dövlət Əmlak Nazirliyində baş mütəxəssis vəzifəsində işləmişdir. 2002-ci ildən 2003-cü ilə kimi Azərbaycan MEA-nın Kibernetika İnstitutunda böyük elmi işçi, laboratoriya rəhbəri vəzifələrində çalışmışdır. 2003-cü ildən 2009-cu ilə qədər MSK nəzdində "Seçkilər" İnformasiya mərkəzində şöbə müdiri vəzifəsində işləmişdir. 2009-cu ildən hal-hazıra kimi Azərbaycan MEA-nın İdarəetmə Sistemləri İnstitutunda laboratoriya rəhbəri vəzifələrində çalışır, həmçinin institutun Elmi şurasının və Dissertasiya şurasının elmi seminarının üzvüdür. Eyni zamanda 2011-ci ildən hal-hazıra kimi Azərbaycan Memarlıq və İnşaat Universitetində İnformasiya texnologiyaları və sistemmləri kafedrasının dosenti vəzifələrində çalışır. Ailəlidir, üç övladı, iki nəvəsi vardır.[4]
102 qədər elmi iş çap olunub, o cümlədən:
Və s.