M109 — ABŞ istehsalı olan 155 mm-lik özüyeriyən haubitsadır. İlk dəfə 1960-cı illərdə istifadəyə verilmiş və bir neçə dəfə təkmilləşdirilmişdir. M109 ailəsi Qərb yarımkürəsi ölkələrinin zirehli və mexanikləşdirilmiş piyada diviziyalarının manevr briqadalarının ən çox yayılmış dolayı atəş dəstəyi silahıdır.
M109 | |
---|---|
![]() | |
Tipi | Özüyeriyən artilleriya |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1992 – davam edir |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
İstehsalçı | BAE Systems[1] |
İstehsal illəri | 1991 – 2003 |
İstehsal sayı | 969 ədəd |
Xüsusiyyətləri | |
Ağırlığı | 24.070 kq[2] |
Zireh | 32 mm-lik yayılmış alüminium |
Mühərrik | Detroit Diesel 8V71T dizel |
Sürət | 65 km/saat |
Mühərrik gücü | 405 a.g. |
Əsas silah | 155 mm "L39" haubitsa topu |
Köməkçi silah | 12.7 mm "M2 Browning" pulemyotu |
Uzunluğu |
|
Eni | 3,15 m[2] |
Hündürlüyü | 3,28 m[2] |
Ekipaj | 4–6 nəfər |
![]() |
M109-un altı ekipaj üzvü mövcuddur: bölmə komandiri, sürücü, topçu, topçu köməkçisi və iki sursat yükləyicisi. Topçu topu sola və ya sağa hərəkət etdirir, topçu köməkçisi isə topu yuxarı və aşağıya doğru hərəkət etdirərək hədəfləri nişan alır. M109A6 Paladinin isə yalnız dörd ekipaj üzvü olur: komandir, sürücü, topçu və sursat yükləyicisi.
M109A6 "Paladin" özüyeriyən artilleriya qurğusu yalnız ABŞ ordusu tərəfindən istifadə olunur. Digər ölkələr isə — M109 özüyeriyən artilleriya qurğusunun M109A1, M109A2, M109A3, M109A4, M109A5 modellərindən istifadə edir.
Vikianbarda M109 ilə əlaqəli mediafayllar var. |