. Love.az

Macar Osmanli Muharibeleri - Wikipedia - Love.az

Ana Səhifə - Macar Osmanli Muharibeleri

Macar–Osmanlı müharibələri — Orta və Yeni dövrlərdə Macarıstan krallığı ilə Osmanlı imperiyası arasında baş vermiş hərbi münaqişələr silsiləsi. [1]Bu müharibələr əsasən XIV əsrin sonlarından XVI əsrin ortalarınadək, xüsusilə də 1526-cı ildə baş vermiş Mohaç döyüşünə qədər davam etmişdir. Münaqişələr Osmanlıların Balkanlarda irəliləməsi və Mərkəzi Avropaya çıxış məqsədi ilə Macarıstan torpaqlarını hədəf alması fonunda baş vermişdir.[2]

Macarıstan–Osmanlı müharibələri
Avropada Osmanlı müharibələri
Yuxarı soldan saat əqrəbi istiqamətində: Hermanştadt döyüşü, Varna döyüşü, Kosovo meydanı döyüşü, Belqradın mühasirəsi, Çörək sahəsində döyüş, Mohaç döyüşü.
Yuxarı soldan saat əqrəbi istiqamətində: Hermanştadt döyüşü, Varna döyüşü, Kosovo meydanı döyüşü, Belqradın mühasirəsi, Çörək sahəsində döyüş, Mohaç döyüşü.
Tarix 1366 – 29 avqust 1526
Yeri Mərkəzi Avropa (Macarıstan krallığı), Şərqi Avropa (Moldova), Balkanlar (Valaxiya, Osmanlı imperiyası işğalı altında olan ərazilər)
Nəticəsi Osmanlı zəfəri
Münaqişə tərəfləri

Osmanlı imperiyası
vassallar:

  • Krım xanlığı
  • Valaxiya
  • Moldaviya knyazlığı
  • Macarıstan krallığı
    • Xorvatiya krallığı
  • Polşa krallığı
  • Böyük Litva knyazlığı
  • Valaxiya
  • Moldaviya knyazlığı

Avropa müttəfiqləri:

  • Şablon:Flaqifikasiya/Holy Roman Empire
  • Şablon:Flaqifikasiya/Papal States
  • Şablon:Flaqifikasiya/Crown of Aragon
  • Şablon:Flaqifikasiya/Kingdom of Naples
  • Şablon:Flaqifikasiya/Republic of Venice
  • Şablon:Flaqifikasiya/Republic of Genoa
  • Bulgarian Empire
  • Kingdom of France
  • Knights of Rhodes
  • Kingdom of Bosnia
  • Moravian Serbia
  • Serbian Despotate
  • Şablon:Flaqifikasiya/Duchy of Savoy
  • Teutonic Order
  • Byzantine Empire
  • Şablon:Flaqifikasiya/Crown of Castile
  • Şablon:Flaqifikasiya/Kingdom of Navarre
Komandan(lar)
  • Şablon:Flaqifikasiya/Ottoman Empire Ottoman Army
  • Serbian Despotate
  • Voivodes of Wallachia
  • Şablon:Flaqifikasiya/Moldavia Voivodes of Moldavia
  • etc.
  • Kings of Hungary
  • Serbian Despotate
  • Voivodes of Wallachia
  • Şablon:Flaqifikasiya/Moldavia Voivodes of Moldavia
  • etc.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Arxa fon
  • 2 İlk qarşıdurmalar (1370–1440)
    • 2.1 I Kosov döyüşü (1389)
    • 2.2 Niqbolu döyüşü (1396)
  • 3 Hunyadi dövrü və müdafiə strategiyası (1440–1456)
    • 3.1 Varna döyüşü (1444)
    • 3.2 Nandorfehervar döyüşü (Belqrad, 1456)
  • 4 Matyaş Korvin dövrü və nisbi sabitlik (1458–1490)
  • 5 Son müharibə və Mohaç faciəsi (1490–1526)
    • 5.1 Osmanlıların yeni ekspansiyası
    • 5.2 Mohaç döyüşü (1526)
  • 6 İstinadlar
  • 7 Mənbə

Arxa fon

redaktə

XIV əsrdən etibarən Osmanlı imperiyası Balkanlarda sürətlə genişlənməyə başlamışdı. [3]Bu dövrdə Macarıstan krallığı Balkanların şimal sərhədlərində yerləşən və xristian Avropasını Osmanlı təhlükəsindən qoruyan ön cəbhə dövlətlərindən biri idi. Osmanlı–Macar münasibətləri əvvəlcə sərhəd toqquşmaları şəklində olsa da, zamanla genişmiqyaslı müharibələrə çevrildi.[4]

İlk qarşıdurmalar (1370–1440)

redaktə

I Kosov döyüşü (1389)

redaktə

Osmanlıların Balkanlara geniş hücumu zamanı Macarıstan Serbiya və Bosniya knyazlıqlarına yardım göstərirdi. [5]1389-cu ildə baş vermiş Kosovo döyüşü Osmanlıların Balkanlarda üstünlük qazandığı əsas döyüşlərdən biri olmuşdur. Bu döyüşdə serblərin müttəfiqi kimi iştirak edən macar kontingenti də iştirak etmişdi.

Niqbolu döyüşü (1396)

redaktə

Macar kralı Siqizmundun rəhbərliyi altında Avropa dövlətlərinin birləşmiş xaç yürüşü Osmanlıların hücumlarını dayandırmaq məqsədi daşıyırdı. [6]Ancaq I Bəyazidin rəhbərliyi ilə Osmanlı ordusu 1396-cı ildə Niqboluda xaçlıları məğlub etmişdir. Bu, Osmanlıların üstünlüyünü bir daha təsdiq etdi və Macarların ciddi məğlubiyyəti olmuşdur.

Hunyadi dövrü və müdafiə strategiyası (1440–1456)

redaktə

Macar generallarından Yanoş Hunyadi Osmanlılara qarşı aktiv hərbi mübarizənin öncüllərindən biri olmuюdur.[7]O, Osmanlıların Balkanlardakı irəliləyişini yavaşlatmaq üçün davamlı hücum və müdafiə strategiyaları həyata keçirmişdi.

Varna döyüşü (1444)

redaktə

1444-cü ildə Avropa krallıqları ilə birlikdə Osmanlılara qarşı təşkil edilmiş Varna yürüşü də Macarıstanın fəal iştirakı ilə baş tutmuşdur.[8]Lakin bu yürüş də uğursuzluqla nəticələndi — II Muradın rəhbərliyi ilə Osmanlı ordusu Varna döyüşündə qələbə qazanmış və Polşa kralı Vladislav həlak olmuşdur.

Nandorfehervar döyüşü (Belqrad, 1456)

redaktə

1456-cı ildə Yanoş Hunyadinin rəhbərliyi ilə Macar ordusu Belqradı Osmanlı hücumlarından qorumağı bacarmışdır. Bu döyüşdə Hunyadi Osmanlılara qarşı tarixi bir qələbə qazanmışdır. Osmanlı ordusunun çəkilməsi nəticəsində Macarıstan sərhədləri 50 ildən çox müddətdə sabit qalmışdır.[9]

Matyaş Korvin dövrü və nisbi sabitlik (1458–1490)

redaktə

Kral Matyaş Korvin dövründə Macar krallığı güclənmiş, ordu islahatları aparılmış və Osmanlılara qarşı mövqelər möhkəmləndirilmişdi. [10]Həmin dövrdə birbaşa genişmiqyaslı müharibələr olmasa da, sərhəd qalalarında daim toqquşmalar baş verirdi.

Son müharibə və Mohaç faciəsi (1490–1526)

redaktə

Osmanlıların yeni ekspansiyası

redaktə

XV əsrin sonlarında və XVI əsrin əvvəllərində Osmanlılar Balkanlarda mövqelərini daha da möhkəmləndirmiş, Serbiya və Bosniya tamamilə işğal olunmuşdu. Macarıstan bu ekspansiyaya qarşı təkbaşına dayana bilmirdi.[11]

Mohaç döyüşü (1526)

redaktə

29 avqust 1526-cı ildə baş vermiş Mohaç döyüşü Macar–Osmanlı müharibələrinin kulminasiya nöqtəsi olmuşdur. Osmanlı sultanı I Süleyman Qanuninin rəhbərlik etdiyi ordu Macar kralı II Layoşun ordusunu darmadağın etmişdir. Kral döyüş zamanı həyatını itirmiş və Macarıstan krallığı süquta uğramışdır. Mohaç döyüşündən sonra Macarıstan torpaqları üç hissəyə bölünmüşdür: Osmanlı idarəsindəki ərazilər, Habsburqların idarə etdiyi "Kral Macarıstanı" və Yanoş Zapolyayının rəhbərlik etdiyi Şərqi Macarıstan (Transilvaniya). Mohaç qələbəsi Osmanlılara Mərkəzi Avropaya yol açmışdır.

İstinadlar

redaktə
  1. ↑ Karl Kaser. The Balkans and the Near East: Introduction to a Shared History. Lit. 2011. səh. 196. ISBN 9783643501905. İstifadə tarixi: 7 December 2014.
  2. ↑ Ludwig, Ernest. "Austria-Hungary and the war". New York, J. S. Ogilvie publishing company – Internet Archive vasitəsilə.
  3. ↑ Csorba, Csaba. Magyarország képes története [Hungary's Illustrated History] (macar). Hungary: Magyar Könyvklub. 1999. ISBN 963-548-961-7.
  4. ↑ "A görög császár Budán". arcanum.hu. Arcanum Adatbázis Kft.
  5. ↑ Gábor Ágoston. The Last Muslim Conquest: The Ottoman Empire and Its Wars in Europe. Princeton University Press. 2021. səh. 70. ISBN 9780691205380.
  6. ↑ Brett D. Steele. The Heirs of Archimedes: Science and the Art of War Through the Age of Enlightenment. MIT Press. 2005. səh. 120. ISBN 9780262195164.
  7. ↑ Történelmi világatlasz [Historical Worldmaps] (Xəritə). 1 : 10.000.000. Kartográfiai Vállalat. 1991. səh. 112. § V. ISBN 963-351-696-X.
  8. ↑ Fenyvesi, László. Mátyás Király fekete serege [The Black Army of King Matthias]. Hadtörténelem fiataloknak (macar). Budapest, Hungary: Zrínyi Katonai Kiadó. 1990. ISBN 978-9633270172.
  9. ↑ "Az Oszmán Birodalom És A Török Köztársaság". gepeskonyv.btk.elte.hu. ELTE.
  10. ↑ Sources such as this Stephen, Turnbull. The Ottoman Empire 1326–1699. New York: Osprey. 2003. səh. 46. support this number, other suggest a smaller number of 60,000
  11. ↑ "István Dobó". Encyclopaedia Britannica.

Mənbə

redaktə
  • Ćirković, Sima. The Serbs. Malden: Blackwell Publishing. 2004. ISBN 9781405142915.
  • Jefferson, John. The Holy Wars of King Wladislas and Sultan Murad: The Ottoman-Christian Conflict from 1438–1444. Leiden: Brill Publishers. 2012. ISBN 978-90-04-21904-5.
  • Housley, Norman. The Later Crusades, 1274–1580: From Lyons to Alcazar. Oxford: Oxford University Press. 1992.
  • Housley, Norman. Religious Warfare in Europe 1400-1536. Oxford: Oxford University Press. 2002.
  • Housley, Norman. Crusading and the Ottoman Threat, 1453–1505. Oxford: Oxford University Press. 2012.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Macarıstan–Osmanlı_müharibələri&oldid=8136733"
LOVE.AZ